SOCAR-ın 1771 istiqrazı təkrar bazarda satılıb

SOCAR-ın 1771 istiqrazı təkrar bazarda satılıb
17:02 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının təkrar bazarda alqı-satqısı üzrə 3 əqd bağlanılıb. 
Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.
Məlumata görə, əqdlərdən biri 1769 istiqrazın realizə edilməsini nəzərdə tutur. Qiymətli kağızlar nominal dəyərinə (1 000 ABŞ dolları) əldə edilib. Digər 2 əqdin hər biri isə 1 istiqrazın alınıb-satılması ilə bağlıdır. Bu istiqrazlar nominal dəyərindən 0,05% çox, 1000,5 dollar ödəniş müqabilində sahibini dəyişib. Ümumilikdə təkrar bazarda 1771 istiqraz satılıb. 
Xatırladaq ki, SOCAR istiqrazları təkrar bazara oktyabrın 17-dən çıxıb. Hazırda dövriyyədə SOCAR-ın 100 min istiqrazı var. Şirkətin geri alma zəmanəti verdiyi istiqrazlar 2012-ci ilə qədər tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər 3 aydan bir ödənilir. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/socar-in-1771-istiqrazi-tekrar-bazarda-satilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR