Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ronaldinyo azərbaycanlı futbolçulara nəyi MƏSLƏHƏT GÖRDÜ?

Ronaldinyo azərbaycanlı futbolçulara nəyi MƏSLƏHƏT GÖRDÜ?

Date: 20 October 2016 17:12

Bakı Olimpiya Stadionunda keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran ulduz futbolçu Ronaldinyo azərbaycanlı futbolçulara məsləhət verməyi də unutmayıb.

Milli.Az xəbər verir ki, "sehirbaz", jurnalistin "Azərbaycan futbolçularına nə məsləhət görərdiniz ki, sizin yolunuzun heç olmasa yarısını keçsinlər?" sualına belə cavab verib:

"Onu deyə bilərəm ki, uşaqlar nə qədər tez futbol oynamağa başlasalar, klublarda məşqlərə başlasalar, bir o qədər də yaxşıdır. Məşqlərə ciddi yanaşmalıdırlar, tez gəlib, yüksək səviyyəyə çatmaq üçün ciddi məşq etməlidirlər".

Milli.Az


Tags:  Ronaldinyo azərbaycanlı futbolçulara nəyi MƏSLƏHƏT GÖRDÜ

RƏYLƏR


Top news