Fransada polislə gənclər arasında növbəti qarşıdurma

Fransada polislə gənclər arasında növbəti qarşıdurma
17:22 20 Oktyabr 2016
19 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada polislə gənclər arasında növbəti qarşıdurma baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu dəfə yaranmış qarşıdurma nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, artıq üç gündür Fransada polislə gənclər arasında toqquşmalar davam edir.

Ötən gün isə Parisin mərkəzində 500-ə yaxın polis etiraz aksiyası keçirmişdi.

Xatırladaq ki, xuliqanlarla qarşıdurma zamanı 1 nəfər polisin xəsarət almasından sonra paytaxt polisləri şəhər mərkəzində etiraz aksiyası keçirməyə qərar veriblər.

Oktyabrın 8-də Viri Şatiyon rayonunda 15 nəfərlik gənclərdən ibarət dəstə ilə polis qüvvələri arasında qarşıdurma baş verib. Səbəb isə həmin ərazidə avtomobil qaçırılması faktlarını yaddaşa yazan yeni quraşdırılmış müşahidə kamerasını polislərin qoruması olub. Yerli gənclər həmin müşahidə kamerasını məhv etmək istəyərkən qarşıdurma yaranıb və 28 yaşlı polis əllərindən və bədəninin yuxarı hissələrindən yanğın xəsarətləri alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/481511.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR