Bakının əsas prospektlərindən birində yenilik edilib

Bakının əsas prospektlərindən birində yenilik edilib
17:27 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bakı şəhəri Ziya Bünyadov prospektinin Xəlil Rza küçəsi ilə kəsişməsində nəqliyyatın hərəkətində yaranan sıxlığı aradan qaldırmaq və X.Rza küçəsindən hərəkət edən nəqliyyat vasitələrinin, o cümlədən müntəzəm sərnişindaşıma xidməti göstərən avtobusların birbaşa yol ötürücüsünə daxil olmasının qarşısını almaq məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) yeni təşəbbüs irəli sürüb.
BNA-dan "Report"a daxil olan məlumata görə, qeyd edilən çətinliyi həll etmək üçün 132 metr məsafədə, qoşa xətt boyunca 60 sm enində bordür düzülməkdədir.
"Koroğlu" metro stansiyası yaxınlığında yerləşən Nəqliyyatı Mübadilə Mərkəzindən ("Koroğlu" NMM) Qara Qarayev prospekti və Hava Limanı istiqamətində hərəkət etmək istəyən avtobuslar X.Rza küçəsindən qoşa xəttin tələblərini pozaraq birbaşa Böyükşor körpüsünə daxil olmaları günün pik saatlarında qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində tıxac və sıxlıq hallarının yaranması ilə yanaşı, yol nəqliyyat hadisələrinin baş verməsinə də səbəb olurdu. X.Rza küçəsi tam olaraq istifadəyə verildikdən sonra, həmin küçədə nəqliyyat vasitələrinin sayının artması Z.Bünyadov prospekti ilə kəsişmədə daha böyük problemlərin yaranmasına gətirib çıxaracaqdı", - deyə BNA-nın məlumatında qeyd edilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/bakinin-esas-prospektlerinden-birinde-yenilik-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR