Azərbaycan dövləti daha bir şəxsi “İnterpol” xətti ilə beynəlxaq axtarışa verib

Azərbaycan dövləti daha bir şəxsi “İnterpol” xətti ilə beynəlxaq axtarışa verib
17:27 20 Oktyabr 2016
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycan dövləti 31 yaşlı kişini “İnterpol” xətti ilə beynəlxaq axtarışa verib.
“Report”un xəbərinə görə, Teymur Məmmədov adlı şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.2.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələr ilə ittiham olunur.
1985-ci il təvəllüdlü T.Məmmədov Bakı şəhərində anadan olub, Azərbaycan vətəndaşıdır, Azərbaycan və rus dillərini bilir. Onun boyu 1,65 metr, gözləri qəhvəyidir.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/azerbaycan-dovleti-daha-bir-sexsi-i-nterpol-xetti-ile-beynelxaq-axtarisa-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR