Azərbaycanlı general ərəb həmkarıyla görüşdü

Azərbaycanlı general ərəb həmkarıyla görüşdü
17:29 20 Oktyabr 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi general-leytenant Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin daxili işlər nazirinin Vətəndaşlıq, Yaşama icazəsi və Limanlar məsələləri üzrə müavini general-mayor Xəlifə Hərib Əl-Xeyli ilə görüş keçirib.

Lent.az-ın məlumatına görə, Miqrasiya Xidmətinin rəisi iki ölkəni birləşdirən əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, BƏƏ-nin vitse-prezidenti, Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Əl Maktumun və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq olaraq 2015-ci ilin 1-2 aprel tarixlərində Azərbaycana və 2016-cı ilin 1-2 fevral tarixlərində Ərəb Əmirliklərinə rəsmi səfərlərinin yada salıb, bu səfərlərin dost və qardaş ölkələrimiz arasında ikitərəfli əlaqələrin və əməkdaşlığın inkişafı baxımından müstəsna əhəmiyyətini xüsusilə qeyd edib və dövlətimizin BƏƏ ilə bütün sahələrdə əməkdaşlıq etmək niyyətində olduğunu general-mayor H.Əl-Xeylinin diqqətinə çatdırıb.

Sonra dövlətimizin başçısının bütün sahələrdə olduğu kimi, miqrasiya sahəsinin də ən yüksək beynəlxalq standartlara uyğun inkişafına böyük önəm verdiyini bildirən general-leytenant F.Nəbiyev rəhbərlik etdiyi, 2007-ci ildə təsis edilmiş qurum və qurumun vəzifələri haqqında ətraflı məlumatlar təqdim edib və fürsətdən istifadə edərək, nazir müavinini ölkəmizə rəsmi səfərə dəvət edib.

Öz növbəsində, BƏƏ rəsmisi dost Azərbaycanla əlaqələrin həqiqətən də yüksək səviyyədə olduğunu təsdiqləyərək, ölkə rəhbərləri ilə yanaşı, dövlət və hökumət nümayəndələri arasında səfər mübadilələrinin də önəmliyini qabardıb, BƏƏ vətəndaşları üçün regionun turizm qıbləsinə çevrilən Azərbaycanda qısa müddət ərzində miqrasiya sahəsində görülən işlərin səviyyəsinə heyran olduğunu və bu sahədə dost Azərbaycanla əməkdaşlıq etməyə və lazım dəstək verməyə hazır olduğunu general-leytenant F.Nəbiyevin diqqətinə çatdırib, rəhbərlik etdiyi qurumun strukturu və fəaliyyəti barəsində müfəssəl danışıb. gözəl Azərbaycana dəvətə görə təşəkkürünü ifadə edib və böyük məmnuniyyətlə səfərini həyata keçirəcəyini vəd edib.

Görüş əsnasında, miqrasiya, daimi və müvəqqəti yaşama icazəsi və başqa məsələlər üzrə tərəfləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257159

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR