Azərbaycanlı müğənni: "Kimsə belələrinə dur deməlidir, ya yox?" - FOTO

Azərbaycanlı müğənni: "Kimsə belələrinə dur deməlidir, ya yox?" - FOTO
17:37 20 Oktyabr 2016
47 Şou
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, müğənni Murad Sadıx primetime.az-a maraqlı açıqlamalar verib.

9 ildir peşəkar səhnədə olduğunu söyləyən Murad deyib ki, bu illər ərzində daim çalışıb ki, qalmaqallardan uzaq olsun: "Təvazökarlıqdan uzaq səslənsə də, sənətimdə qazandığım uğurlarla həmkarlarımdan fərqlənməyi bacarıram. Əsla şou naminə hansısa ucuz reklam ardınca qaçmamışam. İstəyirəm deyəcəyim fikirlər oxucularda çaşqınlıq yaratmasın. Bu sahədə qadın olmaq, bir çox üstünlükləri qazanmaq deməkdir. İki günorta, bir axşam efirdə görünən bəzi qız ifaçılar qısa müddət ərzində özləri üçün bahalı həyat qurur. Nə sənətləri var, nə də oxuduqları normal mahnıdır.

Açıq-saçıq klip çəkdirməklə keyfiyyətsiz ifalarını ört-basdır etməyə çalışırlar. Maraqlısı ondadır ki, şou-biznesdəki bu özbaşınalığı çoxları görsə də, nədənsə heç kim bu haqda danışmaq istəmir. Axı nə üçün susuruq? Kimsə belələrinə dur deməlidir, ya yox?"

Danışdıqca-danışan sənətçi, fikirlərini özündən misal çəkməklə tamamladı: "Bu gün Murad Sadıx kimi qazanmaqda olduğum uğurlar fiziki məhdudiyyəti olan başqa istedadlı insanlara yol açır deyə bilərəm. Mən aciz olmadığımı sübut edərək, stereotipləri qırdım. Bu, hələ son deyil. Göydə Allah, yerdə valideynlərim və yaxşı dostlarımın sayəsində daha böyük nailiyyətlər əldə edəcəyimə inanıram".

Onu da qeyd edək ki, yayımladığımız fotosessiya Muradın repertuarına yeni daxil etdiyi "Əl çəkirəm" adlı mahnısı üçün hazırlanan videoçarxda istifadə olunacaq. Mahnının sözləri Zemfira Əlişqızı, musiqisi Sədaqət Arifqızına məxsusdur.

Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/481523.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR