Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dini ədəbiyyatla bağlı monitorinqin nəticələri açıqlandı - FOTO

Dini ədəbiyyatla bağlı monitorinqin nəticələri açıqlandı - FOTO

Date: 20 October 2016 17:47

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) hüquq-mühafizə orqanları ilə birgə "Sədərək" Ticarət Mərkəzində dini təyinatlı ədəbiyyatların və əşyaların satışı ilə məşğul olan 6 mağazada monitorinq keçirib.

Milli.Az bildirir ki, komitənin sədr müavini Səyavuş Heydərov Trend-ə deyib ki, monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyəti, həmin ədəbiyyatların istehsalı və satışı, eləcə də onların nəzarət markası ilə markalanması üzrə qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyən etdirilməsindən ibarət olunub.

S.Heydərov bildirib ki, həyata keçirilən reyd zamanı bəzi mağazaların dini təyinatlı ədəbiyyat və dini məzmunlu başqa məmulatların satışı ilə məşğul olması üçün DQİDK-dan müvafiq razılıq almadığı, bəzi mağazalarda satılan dini təyinatlı ədəbiyyat nümunələrinin nəzarət markası ilə markalanmadığı, eləcə də həmin mağazaların ətrafında dini atributların asıldığı aşkar edilib:

"Qeydə alınmış qanun pozuntuları hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada sənədləşdirilib. Hazırda aşkar edilmiş qanun pozuntuları ilə bağlı müvafiq araşdırmalar davam etdirilir".

Milli.Az





Tags:  Dini ədəbiyyatla bağlı monitorinqin nəticələri açıqlandı FOTO

RƏYLƏR


Top news