Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tale Heydərovun otelini sel basdı - AÇIQLAMA

Tale Heydərovun otelini sel basdı - AÇIQLAMA

Date: 20 October 2016 17:47

"Qafqaz Resort Hotel"ini əvvəlki vəziyyətinə qaytaracağıq.

Milli.Az bildirir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında "Qəbələ" klubunun prezidenti, sözügedən otelin sahibi Tale Heydərov deyib.

Onun sözlərinə görə, oteldə baş verənlər nəzarətdədir: "Rayon İcra Hakimiyyəti də bu işlə məşğuldur. Vəziyyəti yenidən stabilləşdirmək istəyirik. Artıq təmir işlərinə başlanılıb. Oteli əvvəlki vəziyyətinə qaytaracağıq".

Qeyd edək ki, bir neçə gün əvvəl ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti paytaxt Bakı daxil olmaqla, bir sıra rayonlarımıza ziyan vurmuşdu. O cümlədən Qəbələnin məşhur "Qafqaz Resort Hotel"i zərər çəkmişdi. Güclü leysan nəticəsində oteli sel basmışdı.

Xatırladaq ki, "Qafqaz Resort Hotel" bir neçə il əvvəl fəaliyyətə başlayıb və Azərbaycanın regionlarında inşa olunan ən prestejli otellər sırasındadır.

Milli.Az


Tags:  Tale Heydərovun otelini sel basdı AÇIQLAMA

RƏYLƏR


Top news