Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xələf Xələfov: "Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozur"

Xələf Xələfov: "Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozur"

Date: 20 October 2016 17:52

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı edilməsi ilə əlaqədar insan hüquqları sahəsində öhdəliklərini tam yerinə yetirə bilmir".
"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Cenevrədə BMT-nin İnsan Hüquqları Komitəsinin 118-ci sessiyasında deyib.
O, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 1 milyondan çox insanın qaçqın və məcburi köçkün düşdüyünü, onların hüquqlarının pozulduğunu xatırladıb: "Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozur və hərbi cinayətlər törədirlər".
Nazir müavini Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinin tərəfdarı olduğunu bir daha bildirib.

Tags:  Xələf Xələfov Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozur

RƏYLƏR


Top news