Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bakıda beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçiriləcək

Bakıda beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçiriləcək

Date: 20 October 2016 17:57

Bakı. 20 oktyabr. REPORT.AZ/ Noyabr ayında Bakıda təşkil olunacaq “RecExpo II – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya" sərgisi ilə bağlı bu gün mətbuat konfransı təşkil olunub.
“Report” xəbər verir ki, sərgi Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK), “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı keçirilir. 
Konfransda çıxış edən ƏMDK-nin mətbuat katibi Qulu Xəlilov qeyd edib ki, “Baku Expo Center”də keçiriləcək sərgi beynəlxalq inşaat, daşınmaz əmlak və bu sahədə invesitisiya şirkətlərinin layihələrini nümayiş etdirmək üçün əhəmiyyətli platformadır: “Sərgidə Azərbaycan, Türkiyə, BƏƏ, Rusiya, İspaniya, Portuqaliya, Xorvatiya, Macarıstan, Gürcüstan və Şimali Kipr Türk Respublikası kimi 10 müxtəlif ölkədən əmlak, tikinti və investisiya şirkətlərinin iştirakı gözlənilir. Tədbir həm yerli, həm də beynəlxalq müstəvidə tikinti sektoruna aid böyük şirkətləri, daşınmaz əmlak sahəsindəki brend layihələri, əmlak sektoru üzrə investorları Azərbaycanda bir araya toplayacaq. Eyni zamanda sərgi çərçivəsində noyabrın 23-də “Daşınmaz əmlak sektorunda investisiyalar” mövzusunda böyük konfransın keçirilməsi də nəzərdə tutulub”.
Sərginin meneceri İlkin Abdıyev çıxışında vurğulayıb ki, sərgidə 15 şirkətin 100 layihə təqdim etməsi nəzərdə tutulub: “RecExpo II”-də iştirakçı siyahısına daşınmaz əmlak sektorunun inkişafında mühüm rolu olan yerli və xarici şirkətlər, banklar, iri investorlar, səfirliklər, daşınmaz əmlak satışını həyata keçirən firmaların nümayəndələri daxildir. Sərgi görüş, əməkdaşlıq, işbirliyi baxımından yerli və xarici şirkətlərə, dövlət və qeyri-dövlət subyektlərinə əlverişli imkanlar yaradacaq. Sərgidə beynəlxalq arealda aktual olan bir çox yeni brendlərin bir araya toplanması planlaşdırılır”.
Qeyd edək ki, mövzusu və təyinatına görə Azərbaycanda yeganə ixtisaslaşmış bu sərginin əsas məqsədi ölkədə daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. ƏMDK tərəfindən sərgidə yaradılacaq pavilyonda dövlət əmlakının özəlləşdirilməsi, torpaqların vahid elektron kadastr uçotu, müasir İKT sayəsində əmlak, ünvan, torpaq reyestri sahəsində yaradılan sistemlər, elektron xidmətlər, proqram təminatları və digər yeniliklər nümayiş olunacaq.





Tags:  Bakıda beynəlxalq daşınmaz əmlak investisiya sərgisi keçiriləcək

RƏYLƏR


Top news