Prezident Qazax Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

Prezident Qazax Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb
17:57 20 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Qazax şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
“Report” xəbər verir ki, sərəncama əsasən, Qazax şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qazax Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/prezident-qazax-rayon-i-cra-hakimiyyetine-3-milyon-manat-ayirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR