“Qızıl buts”un sahibi məlum oldu - FOTO

“Qızıl buts”un sahibi məlum oldu - FOTO
18:08 20 Oktyabr 2016
87 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın və Uruqvay millisinin hücumçusu Luis Suares ötən mövsümün yekunlarına görə "Qızıl buts" mükafatına layiq görülüb.

Publika.az xəbər verir ki, katalonların ulduz futbolçusu mükafatlandırma mərasimində karyerasını hazırki klubunda bitirmək istədiyini açıqlayıb:

"Barselona"ya minnətdaram ki, məni almaqla bu klubda oynamaq, qollar vurmaq imkanı yaradıb. Komanda yoldaşlarım mənim dəqiq zərbələrimdə mühüm rol oynayırlar. Ümid edirəm ki, burada karyeramı bitirə biləcəyəm. Burada xoşbəxtəm. Futboldan zövq almaq və daha çox uğurlar qazanmaq üçün çalışıram".

Mükafatlandırma mərasimində futbolçunun oğlu Benjamin və qızı Delfina da iştirak ediblər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/172910.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR