Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Putindən daha 24 saat

Putindən daha 24 saat

Tarix: 20 Oktyabr 2016 18:08

Rusiya Hələbdə hərbi hava əməliyyatlarının başlama vaxtını daha 24 saat uzadıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib.

Nazir deyib ki, sözügedən qərar Rusiya prezidenti Vladimir Putinin əmri ilə verilib: “Rusiyanın hərbi əməliyyatlara başlamaq üçün vaxtı 24 saat uzatması Dəməşqdəki mülki əhalinin təxliyəsi üçündür. Bu addım Bəşər Əsəd hökuməti tərəfindən də dəstəklənir”.

Xatırladaq ki, Rusiya bu gün saat 08:00-dan etibarən Dəməşqdə hərbi hava əməliyyatlarına ara verib və mülki əhalinin təxliyəsi üçün 11 saatlıq “atəşkəs” elan edib.

Vasif Həsənli


Teqlər:  Putindən 24 saat



RƏYLƏR


Top xəbərlər