Baş rejissor Beynəlxalq festivalda münsif olacaq

Baş rejissor Beynəlxalq festivalda münsif olacaq
18:12 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Beynəlxalq festivalda münsif olacaq.

Milli.Az xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov "Avrasiyanın ürəyi - Qazaxıstan" Mərkəzi Asiya ölkələrinin VI Beynəlxalq Teatr Festivalına dəvət alıb. Baş rejissorumuz sözügedən festivalda münsiflər heyətinin üzvü kürsüsündə əyləşəcək.

Oktyabr ayının 23-dən - 28-dək davam edəcək festivala dəvət Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi tərəfindən gəlib. Qazaxıstanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə həyata keçiriləcək festival Taldıkorqan şəhərində baş tutacaq.
Festival Azərbaycan və Qazaxıstan mədəni və teatr əlaqələrinin genişləndirilməsi istiqamətində də əhəmiyyətli mövqe daşıyır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/481404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR