Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bunun yaşlısı var, xəstəsi var" - Sürüşmə evlər üçün təhlükə yaratdı - VİDEO - FOTO

"Bunun yaşlısı var, xəstəsi var" - Sürüşmə evlər üçün təhlükə yaratdı - VİDEO - FOTO

Date: 20 October 2016 18:12

Şamaxının Birinci Cabanı kəndində 20 il öncə baş verən sürüşmə sahəsi yenidən aktivləşib. ARB Şəki xəbər verir ki, kəndin yuxarı hissəsindən başlayan torpaq uçqunu 1 kilometrlik ərazini əhatə edib. Sürüşmənin mərkəzində isə 4 yaşayış evi yerləşir. Həmin evlərdə artıq çatlar əmələ gəlib. Ev sahibləri isə gecəni öz evlərində qala bilmirlər.

Sakin: "Bunun yaşlısı var, xəstəsi var. Gedib gələ bilmir. Gecə bir nəfər bura düşsə, qalar belə. Çox çətindir".

Topraq uçqunu bununla yekunlaşmayıb. Ərazidən keçən 18 metrlik təbii qaz borusu sürüşməyə tab gətirməyərək qırılıb, iki elektrik dirəyi aşıb. Bu səbəbdən kəndin işıq və qazla təminatı müvəqqəti dayansa da, aidiyyəti qurumların məsələyə anında müdaxilə etməsi nəticəsində yenidən bərpa olunub.

Qobustan rayonunun Poladlı kəndində də sürüşmə aktiv fazadadır. Kəndin yeganə girişi olan yol hələ də bağlıdır. Yolun 20-22 metr hissəsi tamamilə sıradan çıxıb. İsmayıllı rayonunun İstisu kəndi ərazisində də, həmçinin sürüşmə davam edir.

Sürüşmə sahəsinin eni 400-500 metr, uzunluğu 600-650 metrdir.

Milli.Az







Tags:  Bunun yaşlısı var xəstəsi var Sürüşmə evlər təhlükə yaratdı VİDEO FOTO

RƏYLƏR


Top news