Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Salyanda minik avtomobili aşıb, 2 nəfər xəsarət alıb

Salyanda minik avtomobili aşıb, 2 nəfər xəsarət alıb

Betonqarışdıran minik avtomobili ilə toqquşdu: 5 ölü (27 Mart 2017 10:52)
Bayram günləri yollarda ölənlərin sayı AÇIQLANDI (27 Mart 2017 10:05)
Azərbaycanda yol qəzası dəhşəti (27 Mart 2017 09:56)

Tarix: 20 Oktyabr 2016 18:12

Salyan. 20 oktyabr. REPORT.AZ/ Salyan rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 
“Report”un Aran bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Quyçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 
Belə ki, Astara istiqamətində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili anidən idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə Masallı rayon sakinləri - 31 yaşlı Vüqar Rafiq oğlu Vəliyev və 31 yaşlı Qafur Faiq oğlu Zamanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib.
Faktla bağlı araşdırma aparılır.

Teqlər:  Salyanda minik avtomobili aşıb nəfər xəsarət alıb



RƏYLƏR


Top xəbərlər