"Azərbaycan yazıçılarının əsərlərində milli vətənpərvərliyin və qəhrəmanlığın təbliği" - FOTO

"Azərbaycan yazıçılarının əsərlərində milli vətənpərvərliyin və qəhrəmanlığın təbliği" - FOTO
18:12 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət növbəti tədbirini keçirib

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolu" mövzusunda növbəti tədbirini 283 saylı tam orta məktəbdə keçirib. Milli.Az bildirir ki, məktəbin direktoru Tünzalə Zeynalova bildirib ki, müasir gənclərimizdə vətənpərvərlik keyfiyyətlərini formalaşdırmaq üçün siyasi və ictimai tərbiyə işinin effektliliyini artırmaq, onların dünyagörüşünü inkişaf etdirmək, özünütərbiyəsinə diqqəti artırmaq, sosial əhəmiyyət kəsb edən ideyaların, normaların və prinsiplərin mənimsənilməsinə yönəldilmiş fəallığı stimullaşdırmaq vacib məsələdir.

Sonra layihə rəhbəri Məlahət Xəlilova bildirib ki, Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolu" layihəsi çərçivəsində icra planına uyğun olaraq növbəti tədbirini keçirir. Tədbir "Azərbaycan yazıçılarının əsərlərində milli vətənpərvərliyin və qəhrəmanlığın təbliği" mövzusuna həsr olunub.

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz deyib ki, vətənpərvərlik elə bir mənəvi hissdir ki, onun varlığı millətin, dövlətin mövcudluğu deməkdir. Vətənpərvərlik fərdin öz içində millətini, dövlətini, Vətənini sevməsi deməkdir. Təbii ki, öz ailəsini qoruya bilməyən Vətəni də qoruya bilməz. Bu hissin gənclər, xüsusən, gənc əsgərlər arasında aşılanmasında yazarların rolu əvəzsizdir: "Hesab edirəm ki, müğənnilərdən çox yazıçı və şairlər cəbhə bölgəsinə getməlidir. Çünki, gənc əsgər kimi görürsə ona bənzəməyə çalışacaq. Bu isə Azərbaycan vətəndaşının formalaşmasımda müstəsna əhəmiyyət daşıyır". Onun sözlərinə görə, vaxtilə Sovet ideologiyasının təsiri altında olduğumuzdan tarixi şəxsiyyətlərimizi ya tanımırdıq, ya da təhrif olunmuş şəkildə təqdim olunurdu. Bu gün isə torpaqlarımız işğal altında olduğundan tarixi şəxsiyyətlərimizin, eləcə də qəhrəmanlarımızın təbliğinə ehtiyac var: "Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması, gənc nəslin məhz bu ruhda tərbiyə olunması günümüzdə xüsusi diqqət yetirilməli olan sahələrdəndir: "Təbii ki, dövlət və onun müvafiq qurumları bu istiqamətdə öz üzərilərinə düşən vəzifələri yerinə yetirirlər. Biz yazarlar da gənclərin vətənpərvər ruhda böyüməsi məqsədilə üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməliyik". Onun sözlərinə görə, Azərbaycan tarixində Vətən uğrunda mücadilə aparan kifayət qədər tarixi şəxsiyyətlərimiz olub: "Həmin tarixi şəxsiyyətlərin bir çoxu yaxşı-pis qələmə alınıb. Ancaq Birinci Qarabağ savaşında da kifayət qədər igidlərimiz olub ki, onların da qəhrəmanlıq obrazının yaradılmasına ehtuyac var. Xüsusən, aprel döyüşlərində Azərbaycan gənclərinin göstərdikləri qəhrəmanlıqlar əsil yaradıcılıq mövzusudur. Biz öz əsərlərimizdə Azərbaycanın igid əsgərlərinin qəhrəmanlıq obrazını yaratmalıyıq. Çünki bu qəhrəmanlıq səlnamələri gənclər üçün bir vətənpərvərlik nümunəsidir. Hesab edirəm ki, yazarlarımız bu qəhrəmanların keçdikləri həyat və döyüş yolunu qələmə almaqla yeni-yeni əsərlər ortaya qoymalıdırlar. Bu əsərlərdə əsgər və zabitlərimizin qəhrəmanlıq nümunələri əksini tapmalıdır".

Millət vəkili, yazıçı Aqil Abbas qeyd edib ki, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması orta məktəbdən başlanmalıdır. Çünki vətənpərvərliyin qayəsini elm təşkil edir. Orta məktəb isə vətəndaş hazırlayan təşkilatdır. Əgər fərd vətənpərvər deyilsə, yüz dəfə "Babək", "Dolu" filminə baxsa yenə də vətənpərvər olmayacaq. 
Yazıçı Elçin Hüseynbəyli qeyd edib ki, vətənpərvərlik sevgi kimi bir şeydir, onu qışqırmaqla aşılamaq mümkün deyil: "Qarabağ mənəvi baxımdan bütün azərbaycanlıların Vətənidir. Qarabağın işğalı mənəviyyatın, adət-ənənənin, ruhun işğalıdır. Odur ki, biz özümüz işğal altında olan torpaqlarımızı azad etməyə hazır olmalıyıq. Hər kəs öz sahəsində qəhrəman olsa bizə heç kim qalib gələ bilməz. Bu hisslər insanın içindən gəlməlidir".

Yazar Əbülfət Mədətoğlu tədbir iştirakçılarına döyüş xatirələrindən danışıb: "Mən illərlə döyüş bölgəsində olmuşam. Gəldiyim qənaət ondan ibarətdir ki, əsgərlərə mənəvi dayaq olmaq lazımdır. Əsgər biləndə ki, onun və ailəsinin qayğısına qalan var, döyüş ruhu yüksək olur".

Qarabağ qazisi Nahid Canbaxışlı qeyd edib ki, vətənpərvərliyin təbliği yüksək səviyyədə olanda əsgərlərin döyüş ruhu da yüksək olur: "Biz də yüksək döyüş əzmini qəhrəmanlarımızdan almışdıq. Döyüşə gedəndə yalnız torpaqlarımızı yağı düşməndən azad etmək barədə düşünürdük. Odur ki, döyüşə ölməyə yox, öldürməyə getmişdik. Hazırda da torpaqlarımızı işğaldan azad etməyə hazır olan kifayət qədər qəhrəman əsgərlərimiz var. Çox təəssüf ki, ermənilərin himayədarları buna imkan vermirlər. Lakin bu o demək deyil ki, gənclərimizin vətənpərvər ruhda tərbiyyəsi arxa plana keçirilsin. Mən vətənpərvərəm, mənim ətrafım da vətənpərvərdir. Hazırda oğlum Vətən qarşısında borcunu yerinə yetirir. İnanıram ki, o da kifayət qədər vətənpərvərdir".

Valideyn Alıyev Nuralı bildirib ki, Azərbaycanın ədəbi nümayəndələrinin böyük əksəriyyəti öz əsərlərində vətəndaşların vətənpərvərlik hissinin gücləndirilməsi məsələsini əsas ideya kimi götürüb. Hazırda da yazarlarımız Qarabağ müharibəsi şəhidləri və qəhrəmanlarının həyatı və fəaliyyətinin işıqlandırılmasında mühüm rol oynayırlar.Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı əsərlərin ərsəyə gətirilməsi daha vacibdir. Bu gün həm məktəblərin, həm də yazarların qarşısında duran mühüm vəzifələrdən biri ölkəmizdə elmə, biliyə önəm verən vətənpərvər gənclər ordusunun yetişməsinə yardımçı olmaqdır.

Milli.Az




RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Qədimdən gələn ənənə – Hədik mərasimi - VİDEO

26 Aprel 2017 04:03

Erməni rus əsgərə 8 bıçaq zərbəsi endiribmiş

26 Aprel 2017 03:59

Yasamal qəbiristanlığında gənc oğlan bıçaqlanıb

26 Aprel 2017 03:57

Dükanların sulu boyalı rəsmlərir - FOTO

26 Aprel 2017 03:32

Donald Tramp rekord qırdı -

26 Aprel 2017 03:32

Kəpənəklər sayəsində zibilliklər təmizlənə bilər

26 Aprel 2017 03:18

Fransada terakt hazırlayan daha 5 şəxs tutuldu

26 Aprel 2017 03:14

Baş nazir "terrorizm" sözüylə "turizm" sözünü səhv saldı

26 Aprel 2017 03:03

Tramp ABŞ-ın Məxfi Xidmətinə yeni rəhbər təyin edib

26 Aprel 2017 02:57

Britaniyanın baş naziri "terrorizm"lə "turizm"i səhv salıb

26 Aprel 2017 02:52

Avtobus maralla toqquşdu, 15 yaralı

26 Aprel 2017 02:49

Bakıda mənzildən meyit tapıldı

26 Aprel 2017 02:43

Dalğavari damlı ev - FOTO

26 Aprel 2017 02:32

Rəcəb Tayyib Ərdoğan:

26 Aprel 2017 02:25

Ərdoğan: “Türkiyə Aİ-yə üzvlüklə bağlı mövqeyini dəyişə bilər”

26 Aprel 2017 02:18

Ərdoğandan Aİ-yə xəbərdarlıq

26 Aprel 2017 02:14

Azərbaycanda oğurlanıb zorlanan müəllimə iş veriləcək

26 Aprel 2017 01:45

ABŞ-da məktəbli avtobusu qəzaya uğrayıb, 15 nəfər yaralanıb

26 Aprel 2017 01:42

DGK məlumat yaydı

26 Aprel 2017 01:33

Naxışlı mətbəx əşyaları - FOTO

26 Aprel 2017 01:32

Premyer Liqa:

26 Aprel 2017 01:27

Soydaşlarımız Moskvada ağacəkmə aksiyası keçirdi

26 Aprel 2017 01:24

İraqda 260 min dinc sakin İŞİD-in əsirliyindən xilas edilib

26 Aprel 2017 01:22

Ən qısa müddətdə ABŞ-Meksika sərhədi hasarlanacaq -

26 Aprel 2017 01:16

Tullantı taxta parçalarından görün nə yaratdı - FOTOLAR

26 Aprel 2017 01:13

Tramp: "Meksika sərhədində divar tezliklə tikiləcək"

26 Aprel 2017 00:59

Boliviyada qolkiper öz qapısından rəqib komandaya qol vurub

26 Aprel 2017 00:57

DƏHŞƏTLİ KADR: Yeni doğulan körpəni küçəyə atıb qaçdı - VİDEO

26 Aprel 2017 00:53

Sankt-Peterburq terrorunun təşkilatçıları

26 Aprel 2017 00:46

“İçerde” sevənlərə üzücü xəbər

26 Aprel 2017 00:43

76 yaşlı kişidən İNANILMAZ FİTNES SİRLƏRİ - FOTO/VİDEO

26 Aprel 2017 00:38

Trampdan YENİ TƏYİNAT

26 Aprel 2017 00:33

Suriayda xəstəxanaya hücum edilib -

26 Aprel 2017 00:30

"Kreml Əsədə qarşı mövqeyini dəyişib"

26 Aprel 2017 00:29

Röya yataqda, pijama ilə...

26 Aprel 2017 00:22

Donald Tramp:

26 Aprel 2017 00:13

Azərbaycanda oğurlanıb zorlanan müəllimə iş veriləcək

26 Aprel 2017 00:05

Hər kim dünyanı dinə və dini dünyaya görə tərk edərsə, İslam yolunda olmaz

26 Aprel 2017 00:05

Şəbnəm Tovuzlunun ərinin görüntüləri - FOTO

26 Aprel 2017 00:05

Çimərlikdə pozalar verdi - FOTO

26 Aprel 2017 00:05

Günün qoroskopu: planlarınızı kimsə ilə bölüşməyin

26 Aprel 2017 00:05

Kişilərin seksdən sonra yatma səbəbləri...

26 Aprel 2017 00:05

Astroloji proqnoz - 26 aprel

26 Aprel 2017 00:03

Kiyevdə Azərbaycan-Ukrayna münasibətləri barədə elmi toplu çapdan çıxıb

26 Aprel 2017 00:02

Azərbaycanda doğuş zamanı daha bir faciə

25 Aprel 2017 23:57

Rusiyadan rublla bağlı QƏRAR

25 Aprel 2017 23:53

Atasının imtina etdiyi Fransa prezidentliyinə namizəd – Marin Le Penin qalmaqallı HƏYAT YOLU

25 Aprel 2017 23:52

Böyük Britaniya Rusiyaya nüvə zərbəsi endirə bilər

25 Aprel 2017 23:52

Niyə İmamların (ə) nəsli Peyğəmbərdən aparılır?

25 Aprel 2017 23:52

Paytaxtda mənzildə kişi meyiti tapıldı

25 Aprel 2017 23:49