Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Date: 20 October 2016 18:12

Milli.Az "Şərq qapısı" qəzetinə istinadən xəbər verir ki, oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Krofts ilə görüşüb.

Ali Məclisin Sədri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, onu Azərbaycanın Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirib. Blokada şəraitində yaşayan Naxçıvanda iqtisadi inkişafın, sabitliyin, enerji və ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işləri diqqətə çatdıran Ali Məclisin Sədri ikitərəfli əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb.

Kerol Meri Krofts göstərilən xoş münasibətə görə minnətdarlıq edib, muxtar respublika haqqında ətraflı məlumata malik olduğunu və görülən işlərin məmnunluq doğurduğunu bildirib. Siyasi və iqtisadi cəhətdən Naxçıvanın əhəmiyyətini qeyd edən səfir əlaqələrin inkişafında səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Milli.Az


Tags:  Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş


RƏYLƏR


Top news