"Son 10 ildə Azərbaycanda 3 mindən artıq yeni məktəb binası istifadəyə verilib"

"Son 10 ildə Azərbaycanda 3 mindən artıq yeni məktəb binası istifadəyə verilib"
18:27 20 Oktyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Son 10 ildə Azərbaycanda 3 mindən artıq yeni məktəb binası tikilərək, yaxud əsaslı təmir edilərək müəllim və şagird kollektivinin istifadəsinə verilib.

Trend-in məlumatına görə, bunu Cəlilabad rayonunun İncilli kənd ümumi məktəbi üçün inşa edilmiş 180 şagird yerlik yeni məktəb binasının açılışında təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Onun sözlərinə görə, ki ölkədə təhsil sahəsində davamlı islahatlar aparılır: "Bütün bunlar gənc nəslin təhsilinin ölkə rəhbərinin daim diqqətində olduğuna bariz nümunədir".

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə təhsilin inkişafına böyük diqqət və qayğı ilə yanaşılıb: "Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən də təhsilin inkişafı üçün bütün imkanlar yaradılıb, təhsilin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində işlər yüksək sürətlə davam etdirilir. Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlər ölkəmizin bütün regionlarında olduğu kimi, Cəlilabad rayonunda da uğurla həyata keçirilir".

Mərasim iştirakçıları yeni məktəb binasında sinif otaqları, fənn kabinetləri, idman zalı, kitabxanada şagird və müəllimlər üçün yaradılmış şəraitlə tanış olublar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481536.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR