Salyanda minik avtomobili aşdı

Salyanda minik avtomobili aşdı
18:28 20 Oktyabr 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Quyçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Astara istiqamətində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili anidən idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə Masallı rayon sakinləri - 31 yaşlı Vüqar Rafiq oğlu Vəliyev və 31 yaşlı Qafur Faiq oğlu Zamanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/172915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR