"Azərsu" qaz analizatorlarının alınması üçün tender keçirir

"Azərsu" qaz analizatorlarının alınması üçün tender keçirir
18:37 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ “Azərsu” ASC-nin İstehsalat Texniki Kompleksləşdirmə İdarəsi qaz analizatorlarının satın alınması məqsədilə kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iddiaçı kimi iştirak etmək istəyənlər “Azərsu”nun İstehsalat Texniki Kompleksləşdirmə İdarəsinin satınalma şöbəsinə (Bakı şəhəri, Babək prospekti 110v, tel/faks: 012 376 53 29) yazılı şəkildə imzalanmış və möhürlənmiş kotirovka təkliflərini oktyabrın 24-ü saat 12:00-dan gec olmamaq şərti ilə təqdim etməlidirlər.
Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaq. Kotirovka təklifləri oktyabrın 25-də İdarənin binasında saat 11:00-da açılacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/azersu-qaz-analizatorlarinin-alinmasi-ucun-tender-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR