Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sarkisyan Türkiyənin Qarabağ şərtini açıqladı: "5 rayon və..."

Sarkisyan Türkiyənin Qarabağ şərtini açıqladı: "5 rayon və..."

Date: 20 October 2016 18:43

“Azərbaycan və Türkiyə Rusiya ilə yaranmış münasibətlərdən Qarabağın qaytarılması üçün istifadə edəcək”.

Publika.az
xəbər verir ki, bu barədə erməni politoloq Manvel Sarkisyan deyib.

Onun sözlərinə görə, Türkiyə ilkin mərhələdə beş rayonun qaytarılması şərtini irəli sürür.

“Hətta türklər rusların bu şərtlə razılaşdığını da deyirlər. Bu proseslər fonunda Azərbaycan prezidentinin Qarabağa muxtariyyət verə biləcəkləri haqda açıqlaması da təsadüfi deyil. Bakı son şərtlərini açıqlayır. Türkiyə-Rusiya münasibətləri pis olan dövrlərdə, Bakının mövqeləri zəif görünürdü. Lakin nə vaxt ki, bu münasibətlər düzəldi, Bakının əli gücləndi. Azərbaycan Rusiyaya öz şərtlərini Türkiyə vasitəsilə çatdırır. Bu siyasi manevrlərdir. Çünki belə olan halda Rusiyanın razılaşacağı ehtimalı böyükdür. Hətta mən deyərdim ki, Rusiya ərazilərin qaytarılması məsələsi ilə razılaşıb”, - deyə o bildirib.

Ərdoğan və Putin Qarabağ üçün razılaşdı – Ankaranın ŞƏRTLƏRİ

Türkiyə-Rusiya münasibətləri düzələndən sonra məntiqi olaraq erməni məsələsi gündəmə gəlməli idi.



Qeyd edək ki, M.Sarkisyan bundan öncə verdiyi açıqlamasında Rusiya və Türkiyə arasında konkret razılaşmanın olduğunu da bildirmişdi.

Ankara 5 rayonun Azərbaycana qaytarılması təklifini irəli sürüb. Moskva da bunu qəbul edib. Rusiya da erməni-türk münasibətlərinin normallaşması şərtini səsləndirib. Türkiyə şərtlərinin qəbul ediləcəyi halda, bu tələblə razılaşıb”, - deyə erməni politoloq qeyd etmişdi.

Asif


Tags:  Sarkisyan Türkiyənin Qarabağ şərtini açıqladı rayon


RƏYLƏR


Top news