Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bakıda NATO-nun özünüqiymətləndirmə təlimi keçirilir

Bakıda NATO-nun özünüqiymətləndirmə təlimi keçirilir

Date: 20 October 2016 18:52

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində bəyan etdiyi ƏİK Kəşfiyyat bölüyünün 1-ci səviyyəli özünüqiymətləndirmə təlimi keçirilir.
"Report"un Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, təlim zamanı kəşfiyyat bölmələrinin NATO ilə uyarlılıq səviyyəsi, sülhməramlı qüvvələr tərkibində və digər əməliyyatlar zamanı taktiki tapşırıqların icrası qiymətləndirilir.
Təlimdə NATO-nun İzmir şəhərində yerləşən Quru Qoşunları Komandanlığının nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.

Tags:  Bakıda NATO-nun özünüqiymətləndirmə təlimi keçirilir


RƏYLƏR


Top news