SKMF Samuxda sahibkarlara 646 min manat güzəştli kredit verib

SKMF Samuxda sahibkarlara 646 min manat güzəştli kredit verib
19:07 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gün Samux rayonunda forum keçirib.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, forumda 90-a yaxın sahibkar iştirak edib.
Burada Samux rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və prioritet hesab olunan iri taxılçılıq, kartofçuluq, üzümçülük, cins heyvandarlıq və istixana təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.
Fondun icraçı direktorunun müavini Arif Vəliməmmədov deyib ki, bu ilin ötən dövründə SKMF-nın vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1863 investisiya layihəsinin maliyyələşdirilməsinə 123 milyon manat güzəştli kredit verilib: "Bu investisiya layihələrinin reallaşdırılması 5800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, bugünədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6 mindən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 223,7 milyon manat güzəştli kredit verilib".
Forum çərçivəsində Samux və ətraf rayonlarda fəaliyyət göstərən 53 sahibkara 646 min manat güzəştli kredit verilib. Kreditlər əsasən heyvandarlıq, arıçılıq, tərəvəzçilik, üzümçülük, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək və 60-a yaxın yeni iş yerinin açılmasına imkan verəcək.
Tədbir çərçivəsində rayonun Qarayeri qəsəbəsində və Ziyadlı kəndində güzəştli kredit ayrılan istixana təsərrüfatlarına baxış keçirilib.
Ümumiyyətlə, son illər 54 müasir istixana kompleksinin yaradılmasına 160,1 milyon manat güzəştli kredit verilib. Belə istixanaların yaradılması tərəvəz istehsalının və ixracının artırılması imkanlarını daha da genişləndirir. 




Xəbərin orijinal ünvanı: http://report.az/biznes/skmf-samuxda-sahibkarlara-646-min-manat-guzestli-kredit-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR