Azərbaycan filmi beynəlxalq festivalda

Azərbaycan filmi beynəlxalq festivalda
19:31 20 Oktyabr 2016
36 Şou
Ölkə mətbuatı
A- A+

“Sonuncu” qısametrajlı bədii filmi 24-28 oktyabr tarixlərində Livanın paytaxtı Beyrutda keçiriləcək “Beş günə beş il” Beynəlxalq Rusiya Filmləri Festivalında nümayiş etdiriləcək.

Axşam.az xəbər verir ki, “Sonuncu”nun nümayişi 26 oktyabr tarixində baş tutacaq.

Film Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Buta Films” şirkətinin birgə istehsalıdır.

Qeyd edək ki, Azərbaycan, milli kino tarixində Kann Beynəlxalq Film Festivalının qısametrajlı bədii filmlərin rəsmi müsabiqə proqramında ilk dəfə məhz bu filmlə təmsil olunub.

Ekran əsərinin quruluşçu rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov, Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Aleksey Aygi, prodüserləri Nəsib Piriyev, Maria İvanova və Müşfiq Hətəmovdur.

Filmdə baş rolları İdris Rüstəmov və Corc Qafarov canlandırırlar.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59626

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR