Prezident “ASAN Viza” sisteminin əsasnaməsini təsdiq edib

Prezident “ASAN Viza” sisteminin əsasnaməsini təsdiq edib
19:58 20 Oktyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyev “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Publika.az-ın məlumatına görə, Nazirlər Kabinetinə prezidentin aktlarının fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlamaq, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/172927.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR