Ankaranın Qarabağ addımı, 1200 nəfərlik “ölüm qrupu”... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ankaranın Qarabağ addımı, 1200 nəfərlik “ölüm qrupu”... – GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 20 Oktyabr 2016
253 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin aktivliyini şərh edib. “Normandiya dördlüyü”nün Berlin danışıqları nəticəsiz başa çatıb. ABŞ-da prezident seçkilərinə üç həftədən də az vaxt qalıb. Prezidentliyə namizədlər arasında keçirilən sonuncu debat gərginliyi ilə yadda qalıb. Mosul əməliyyatı dördüncü gününə daxil olub.

Mariya Zaxarova Rusiyanın Minsk qrupu ölkələrinin konstruktiv rolunu alqışladığını vurğulayıb.

“Minsk qrupu ölkələrinin əsas missiyası Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv rol oynamaq və münaqişənin həllinə töhfə verməkdir. Minsk qrupunun üzvü olan Türkiyənin münaqişənin həllində aktiv rol oynaması da yalnız alqışlana bilər”, - deyə o, bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin Suriya məsələsində Rusiyanı dəstəkləməsini də şərh edən Zaxarova Bakının dəstəyinin Moskva üçün əhəmiyyətli olduğunu qeyd edib.

Sarkisyan Türkiyənin Qarabağ şərtini açıqladı: "5 rayon və..."

Erməni politoloq Manvel Sarkisyan deyib ki, Azərbaycan və Türkiyə Rusiya ilə yaranmış münasibətlərdən Qarabağın qaytarılması üçün istifadə edəcək. Onun sözlərinə görə, Türkiyə ilkin mərhələdə beş rayonun qaytarılması şərtini irəli sürür.

Sarkisyan Türkiyənin Qarabağ şərtini açıqladı: "5 rayon və..."

“Azərbaycan və Türkiyə Rusiya ilə yaranmış münasibətlərdən Qarabağın qaytarılması üçün istifadə edəcək”.

İraqın ən böyük ikinci şəhəri olan Mosulun İŞİD-dən təmizlənməsi üçün başlayan əməliyyat dördüncü gününə daxil olub.

İraq kürd regional rəhbərliyinə bağlı peşmərgə gücləri İŞİD terror təşkilatının əlindəki Mosulun Başika qəsəbəsini ələ keçirmək üçün hücuma keçib. Əməliyyatın məqsədi Başikada nəzarəti təmin etmək, daha sonra şimalda yerləşən və əhalinin əksəriyyətin xristianlar olduğu Tılkef mahalını azad etməkdir.

Başika qəsəbəsi Mosul şəhərinin mərkəzinin 20 kilometrliyində yerləşir. “Ninova Gözətçiləri” adlı qrupun döyüşçülərinə təlim keçən türk əsgərləri də həmin bölgədə yerləşir.

İŞİD lideri Əbubəkr Bağdadi isə komandoları döyüşə atır. Kürdlərə yaxınlığı ilə tanınan “Rudaw” saytının məlumatına görə, İŞİD Mosulun müdafiəsində “Usra Ordusu” adlı komando birliyindən istifadə edəcək.

“Usra Ordusu” adlı 1200 nəfərdən ibarət komando birliyi Mosulun qərbində yerləşdirilib. Komanda birliyindən əsasən şəhər döyüşlərində istifadə edilir.“Usra Ordusu” "ölüm qrupu" da adlanır.

Beynəlxalq koalisiya güclərinin komandirlərindən olan amerikalı general Gari Volesku isə İŞİD-in liderlərinin şəhəri tərk etdiklərinə dair əlamətlərin olduğunu deyib. Əbubəkr Bağdadinin harada olduğu bilinmir.

Türkiyədən Mosul xəbərdarlığı: III Dünya savaşı...

Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş söyləyib ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatından üçüncü qüvvələr yeni müharibəyə başlama bəhanəsi kimi istifadə etsələr, bu, Üçüncü Dünya müharibəsinə səbəb olacaq.

Onun sözlərinə görə, Mosul birbaşa Türkiyə maraqları çərçivəsinə daxildir: “Qonşu ölkələrin əhalisi bizim dostlarımız, qardaşlarımız və qohumlarımızdır. Biz hamımız eyni regionda yaşayırıq. Heç kim Türkiyənin qonşu ölkələrdə baş verənlərlə maraqlanmasına mane ola bilməz. Bu gün İraq baş naziri bizi tənqid edir, amma o bundan öncə özünə sual verməlidir ki, niyə İraqın ikinci ən böyük şəhəri olan Mosul heç bir atəş açılmadan terrorçulara verilib? Niyə bu illər ərzində Mosulun azad edilməsi əməliyyatı hazırlanmayıb?”

ABŞ rəhbərliyindən yüksək vəzifəli bir səlahiyyətli AFP agentliyinə açıqlamasında İraqda ən pis ssenarini açıqlayıb. Amerikalı səlahiyyətliAnkara və Bağdadın döyüş meydanında üz-üzə gələ biləcəyini deyib.

Onun sözlərinə görə, Ankara və Bağdad arasındakı “söz dueli” Türkiyə və İraqın hökumət güclərinin qarşıdurması ilə nəticələnə bilər. Səlahiyyətli bildirib ki, Ankara ilə Bağdad arasındakı gərginlik artdıqca, İraqın baş naziri Heydər Əl-İbadinin şiələrdən gələn çağırışlara etiraz etməsi çətinləşəcək. “Vəziyyət çox gərgindir. İstifadə olunan üslub isə nəzarətdən çıxıb. Mümkün qarşıdurma son dərəcə narahatlıq doğuran bir ssenaridir”, - deyə amerikalı səlahiyyətli söyləyib.

GİZLİ RAZILAŞMA: Bu güclər o ölkələri bölüşdürür

“Məqsəd Mosulun İŞİD-dən təmizlənməsi yox, Yaxın Şərqin yeni xəritəsini çəkməkdir”. Bu sözləri Türkiyənin “Star” qəzetinin köşə yazarı Ahmet Kekeç bildirib.

O, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş şefi Con Brennanın İraqın bölünəcəyini hələ əvvəldən xəbər verdiyinə diqqət çəkib. C.Brennan Amerika mediasına müsahibəsində bildirmişdi ki, Suriya və İraqın ərazi bütövlüyünü qorumaq mümkünsüz görünür.

“Etnik və məzhəb qarşıdurması hər iki ölkəyə zərər verir. Yaxın dövrdə hər iki ölkədə muxtar vilayətlər yarana bilər”, - Amerika kəşfiyyat şefi belə qeyd etmişdi.

Ahmet Kekeçə görə, Brennanın dediyi “yaxın dövr” gəlib çatıb.

GİZLİ RAZILAŞMA: Bu güclər o ölkələri bölüşdürür

“Məqsəd Mosulun İŞİD-dən təmizlənməsi yox, Yaxın Şərqin yeni xəritəsini çəkməkdir”.

Kiyevin son şansı: Poroşenko Putinin əlini niyə sıxmadı?

Dünən diqqətlər Berlinə yönəlmişdi. Ukrayna böhranını həll etmək üçün yaradılan “Normandiya dördlüyü”nün liderləri – Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Ukrayna prezidenti Pyotr Poroşenko növbəti dəfə bir masa ətrafına yığışdılar.

Lakin beş saatdan çox davam edən görüşlə bağlı gözləntilər özünü doğrultmayıb.

Kiyevin son şansı: Poroşenko Putinin əlini niyə sıxmadı? - FOTOLAR

Dünən diqqətlər Berlinə yönəlmişdi.

Rusiya prezidenti Vladimir Putin Berlində olarkən Suriya prezidenti Bəşər Əsədə zəng edib. KİV dövlət başçıları arasındakı telefon danışığının bəzi detallarını yayıb.

Putin Əsədə niyə zəng etdi? - DETALLAR

Rusiya prezidenti Vladimir Putin və Suriya prezidenti Bəşər Əsəd arasındakı telefon danışığının bəzi detalları məlum olub.

“Normandiya dördlüyü” nün Berlin danışıqlarını şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açqılamasında deyib ki, Moskva Debaltsevo rayonunun Ukraynanın nəzarətinə qaytarılması ilə razı deyil.

Onun sözlərinə görə, bu məsələ üzrə iş nazirlər və onların köməkçilərı səviyyəsində davam etdiriləcək.

Qeyd edək ki, oktyabrın 19-da Berlində Ukrayna böhranını həll etmək üçün yaradılan “Normandiya dördlüyü” çərçivəsində Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Ukrayna prezidenti Pyotr Poroşenko arasında danışıqlar olub. Poroşenko danışıqlardan sonra mətbuat konfransında bildirib ki, Kiyev Zolotoy, Petrovski, Stanitsa Luqanksdə Ukrayna güclərin yerləşdirilməsini təkid edir. Onun sözlərinə görə, bu iş daha dörd yerdə davam etməli, xüsusi halda, Debaltsevoda demilitarizasiya həyata keçirilməlidir.

“Ukrayna tərəfi təkid edir ki, bu dörd məntəqə arasında Debaltsevo mütləq olsun. Biz bu rayonun demilitarizasiyasını təmin etməliyik”, - Ukrayna prezidenti vurğulayıb.

“Sən nə iyrənc qadınsan!” – SON DEBAT

Dünən həmçinin diqqətlər Las-Veqasa yönəlmişdi. ABŞ prezidentliyə namizədlər – respublikaçı Donald Tramp və demokrat Hillari Klinton son dəfə canlı yayımda üz-üzə gəldilər.

Namizədlər debatda bir-birinə ağır təhqirlər ediblər. Rəqiblər daha əvvəlki debatlardan fərqli olaraq, bu dəfə bir-biri ilə qucaqlaşmadan yerlərinə keçiblər. Saat yarım davam edən debatda namizədlər təhlükəsizlik, iqtisadiyyat və xarici siyasət kimi məsələlərini müzakirə ediblər.

“Sən nə iyrənc qadınsan!” – SON DEBAT

ABŞ prezidentliyə namizədlər – respublikaçı Donald Tramp və demokrat Hillari Klinton son dəfə canlı yayımda üz-üzə gəldilər.

Dövlətsiz beş il: Qəddafini ölümə aparan 180 milyard və ərəb ənənələri – FOTO/VİDEO

Düz beş il bundan əvvəl - 20 oktyabr 2011-ci ildə 42 il ölkəyə rəhbərlik edən Liviya lideri, polkovnik Müəmmər Qəddafi NATO qoşunlarının dəstəklədiyi Liviya üsyançıları tərəfindən öldürüldü.

Liviyadakı vətəndaş müharibəsi və tayfalararası çəkişmələrə altıncı ildir ki, davam edir. Dövlət orqanlarını yaratmaq cəhdləri müvəffəqiyyətsiz olub, iqtisadiyyat dağılıb. Ölkədə bütün region üçün təhlükə yaradan vəziyyət hökm sürür. Bütün bunlara görə isə Şimali Afrika ölkəsinin siyasi quruluşunu zorla dəyişdirən Qərb dövlətləri birbaşa məsuliyyət daşıyır.

Dövlətsiz beş il: Qəddafini ölümə aparan 180 milyard və ərəb ənənələri – FOTO/VİDEO

Liviyadakı vətəndaş müharibəsi və tayfalararası çəkişmələrə altıncı ildir ki, davam edir.

Liviya liderinin öldürülməsinin 5-ci ildönümündə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Dmitri Novikov söyləyib ki, ABŞ Əsədə Qəddafinin taleyini yaşatmaq istəyir.

“ABŞ-ın Suriyadakı fəaliyyəti göstərir ki, onları yalnız prezident Bəşər Əsədin devrilməsi maraqlandırır. Amerikanı real terrorizm təhdidi maraqlandırmır. Onları maraqlandıran Suriyanın gələcəyi ilə bağlı layihədir. Onlar bu layihədə Əsədə yer verməyəcəklər”, - o, deyib.

II Dünya Müharibəsini Stalin başlayıb – ŞOK SƏNƏD

Ukraynanın Ali Radası II Dünya Müharibəsi haqqında Ukrayna, Polşa və Litva parlamentlərinin həmrəylik bəyannaməsini qəbul edib.

Sənəddə II Dünya Müharibəsinin başlanmasına görə məsuliyyət nasist Almaniyası və Sovet İttifaqının üzərinə qoyulur.

“Biz o fakta diqqəti cəlb edirik ki, iki totalitar rejim arasında 23 avqust 1939-cu ildə bağlanmış Ribbentrop-Molotov paktı II Dünya Müharibəsinə gətirib çıxardı. Müharibəyə sentyabrın 17-də Sovet İttifaqı qoşuldu”, - bəyannamədə vurğulanır.

Həmçinin bildirilir ki, 1945-ci ilində Yaltada qəbul edilən qərarlarla bütün Şərqi və Mərkəzi Avropada yarım əsr davam etmiş əsarətin yeni mərhələsi başlandı.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/172921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR