Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan filmi beynəlxalq festivalda

Azərbaycan filmi beynəlxalq festivalda

Date: 20 October 2016 20:22

"Sonuncu" qısametrajlı bədii filmi "Beş günə beş il" Beynəlxalq Rusiya Filmləri Festivalında nümayiş etdiriləcək.

Milli.Az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, festival 24-28 oktyabrda Livanın paytaxtı Beyrutda keçiriləcək. Filmin nümayişi 26 oktyabr tarixində baş tutacaq.

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və Rusiyanın "Buta Films" şirkətinin birgə istehsalı olan film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.

Qeyd edək ki, Azərbaycan, milli kino tarixində Kann Beynəlxalq Film Festivalının qısametrajlı bədii filmlərin rəsmi müsabiqə proqramında ilk dəfə məhz bu filmlə təmsil olunub.

Ekran əsərinin quruluşçu rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov, Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Aleksey Aygi, prodüserləri Nəsib Piriyev, Maria İvanova və Müşfiq Hətəmovdur.

Filmdə rolları İdris Rüstəmov və Corc Qafarov canlandırırlar.

Milli.Az


Tags:  Azərbaycan filmi beynəlxalq festivalda

RƏYLƏR


Top news