Qubada üç avtomobil toqquşub, xəsarət alanlar var

Qubada üç avtomobil toqquşub, xəsarət alanlar var
20:22 20 Oktyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Quba. 20 oktyabr. REPORT.AZ/ Quba rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. 
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, qəza Quba şəhərinin mərkəzində, Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, "Mercedes", "VAZ-2107" və "VAZ2109" markalı minik avtomobilləri toqquşub. Nəticədə "VAZ-2107" markalı avtomobildə olan 4 nəfər rayon sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
Yarlılardan 1978-ci il təvəllüdlü Zülfiyyə Hörmət qızı İsmayılova ağır bədən xəsarətlər aldığından Quba Rayon Mərkəzi Xəstəxanasının (RMX) reanimasiya, 2007-ci il təvəllüdlü Lamiyə Xəqani qızı İsmayılova isə döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib. 
Bundan başqa, 2007-cü il təvəllüdlü Murad Xəyyam oğlu İsmayılov döş qəfəsinin əzilməsi, sürücü, 1996-cı il təvəllüdlü Elmar Yaşar oğlu Əliyev alının və burunun əzilməsi diaqnozları ilə xəstəxanaya gətirilib və ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/qubada-uc-avtomobil-toqqusub-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR