Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda küçə ilə gedən qız döyüldü

Bakıda küçə ilə gedən qız döyüldü

Date: 20 October 2016 20:38

Bakı şəhərində küçə ilə hərəkət edən qız tanımadığı şəxs tərəfindən döyülüb.

Publika.az xəbər verir ki, bu barədə "Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

1988-ci il təvvəllüdlü Gözəlova Ramilə Rahib qızı Bəşir Bünyadov küçəsi ilə yaşadığı evə doğru gedirmiş. Bu zaman o, tanımadığı şəxsin hücumuna məruz qalıb. Naməlum şəxs onun qarın nahiyəsinə küt alətlə zərbə vuraraq ərazidən uzaqlaşıb. R.Gözəlova təcili tibbi yardım maşını vasitəsilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Tags:  Bakıda küçə gedən qız döyüldü

RƏYLƏR


Top news