Uşaqlarda qrip: müalicə, peyvənd lazımdırmı? - DİQQƏT! VİDEO

Uşaqlarda qrip: müalicə, peyvənd lazımdırmı? - DİQQƏT! VİDEO
20:39 20 Oktyabr 2016
69 Digər
Ölkə mətbuatı
A- A+

Pediatr: “Yüksək hərarətdən qıcolma yarananda uşağın dilini tutmaq, boğazına qaşıq salmaq cəfəngiyatdır”

 

“Peyvəndinin qoruyuculuğu 1-2 il sonra itə bilər”

 

“İmmun sisteminin gücləndirən dərmanlar mövcud deyil”

 

 “Temperatur 38 dərəcədən çox deyilsə müdaxilə lazım deyil”

 

“Virus infeksiyalarının əksəriyyəti, xüsusilə qrip soyuq havada daha çox yayılır. Mövsüm dəyişikliyi, havaların soyuması ilə əlaqədar olaraq uşaqlar arasında bu problemlərlə daha çox rastlaşırıq. Amma bizim əhalinin “soyuqdəymə” dediyi halla qrip eyni hal deyil. Soyuqdəymə zamanı uşaqlar, ümumiyyətlə, insanlar özlərini qripdə olduğu kimi elə də pis hiss etməzlər. Qrip zamanı bir sıra əlamətlərin bir arada yaranması mümkündür. Halsızlıq,  bəzən yataqdan başını qaldıra bilməyəcək dərəcədə ağırlaşma, güclü baş ağrısı duyula, yüksək hərarət ola bilər. Bu əlamətlər olanda diqqətli olmaq lazımdır”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında pediatr, tibb üzrə fəlsəfə doktoru Əli Quliyev deyib.

 

Bu gün üçün qripin özəl müalicəsinin olmadığını deyən mütəxəssis, bildirib ki, bununla bağlı xüsusi müalicələrin, eləcə də antibiotik qəbulunun heç bir əhəmiyyəti yoxdur: “Qrip virus infeksiyasıdır, adətən özü gələr və özü də gedər, qripin təxminən 5-7 gün ömrü var. Bu zaman əsas olan bol maye qəbuldur və əgər yüksək hərarət  varsa, hərarət salan dərmanların içilməsi tövsiyə olunur. Yanaşı olaraq digər dərmanların qəbulunun mənası yoxdur. Amma qrip ağırlaşacağı halda xəstəyə dəstək müalicəsi təyin olunur”.

 

Qrip zamanı burun damcısı kimi istifadə olunan dəniz sularının əhəmiyyəti barədə danışan Ə. Quliyev “Bəzən ailələr deyir ki, okean, dəniz suyu töksək də, uşaq sağalmadı. Nəzərə almaq lazımdır ki, bu damcılar ağırlaşmaların qarşısını almaq, nəfəs almanı asanlaşdırmaq üçün tətbiq olunur, müalicə baxımından edilmir”, - deyib.

 

H1N1 (“donuz qripi”) virusu ilə bağlı əhali arasında hələ də xof olduğunu açıqlayan mütəxəssis vurğulayıb ki, artıq bu virusa insan bədənində antigen yaranmağa başlayıb. Ona görə də bundan sonra bu qripin daha da ağır keçəcəyi, ölüm hallarının baş verməsi gözlənilmir: “Məsələn, normal mövsümi qrip necədirsə, o da elə olacaq”.

 

H1N1 virusuna qarşı peyvəndlər barədə danışan həkim qeyd edib ki, əvvəllər bu qripə qarşı peyvənd yarananda tək peyvənd şəklində olub və hamıya vurulması tövsiyə edilib. Amma indiki qrip peyvəndlərinin içində H1N1 peyvəndi də var. Yəni “donuq qripi” üçün ayrı, mövsüm qripi üçün ayrı peyvənd yoxdur. Onların ikisi də eyni iynə şəklində vurula bilər”.

 

Mütəxəssis deyib ki, oktyabrın əvvəlindən başlayaraq istəyən valideynlər 6 ayından etibarən uşaqlara qrip peyvəndləri vurdura bilərlər.

 

Qrip peyvəndinin qoruyuculuğu barədə suala cavabında Ə. Quliyev deyib ki, bu gün vurulan peyvəndin yaratdığı qoruyuculuq  1-2 il sonra itə bilər: “Qrip virusları çox tez-tez dəyişdiyi üçün peyvəndlərin də dəyişməsi zərurəti yaranır. Normal halda isə qrip peyvəndinin hər il yenilənməsi tövsiyə olunur. Uşaqlarda səkkiz yaşına qədər ilk dəfə  yarım, bir ay sonra da yarım doza vurulur, ondan sonrakı illərdə isə ildə bir doza vurulması kifayətdir. Qrip peyvəndi tam qorumasa belə, peyvənd vurulanda uşaqlar qripi daha yüngül keçirirlər”.

 

“Bütün uşaqlara qrip peyvəndi vurulmalıdırmı”, sualına cavab olaraq Ə. Quliyev deyib ki, Amerika Pediatriya Akademiyası 6 ayından sonra bütün uşaqlara qrip peyvəndi vurulmasını tövsiyə edir: “Əgər ailə tərəddüd edirsə, o zaman xroniki xəstəliklərdən -  ürək, ağciyər, böyrək və sairə xəstəliklərindən əziyyət çəkən, yəni qripi daha da ağır keçirən azyaşlılara ilk növbədə peyvənd vurulması tövsiyə olunur”.

 

Eyni zamanda həkim uşaq kollektivlərində çalışan şəxslərə də qrip peyvəndi vurulmasını  tövsiyə edib.

 

Pediatr əlavə edib ki, daha əvvəl peyvənd vurulandan sonra allergik reaksiyalar qeydə alınıbsa, həmin uşaqlara peyvənd vurulmur. Amma bu, çox nadir görülən bir haldır.

 

Qripdən qorunmaq barədə mövcud təsəvvürlər barədə danışan mütəxəssis bunları deyib: “İmmun sisteminin gücləndirən dərmanlar yoxdur ki, biz tövsiyə edək və insanlar xəstələnməsin, qrip olmasın, viruslara yoluxmasın. Evdə bir nəfər qripdirsə, digərlərinin də qrip olma ehtimalı 90 faizdir. Maska taxmaq olar, amma onun da qoruyuculuğu tam deyil. Eyni zamanda buruna okean, dəniz suları tökmək olar. Amma uşaqları qripdən qorumaq üçün buruna hansısa krem çəkilməsi, şamlar qoyulması, guya immuniteti gücləndirəcək siropların verilməsi ilə qripdən qorunmaq mümkün deyil.

 

Sadəcə, qripı olan uşaq çoxlu maye içməli, evdə istirahət etməli, düzgün qidalanmalıdır. Qrip zamanı hər hansı ağırlaşmalar yaranarsa, o zaman antibiotik müalicəsinə başlamaq olar. Belə ağırlaşmalarla onsuz da çox az rastlaşırıq. 100 uşaqdan 80-ni qripi normal keçirir, hər hansı ağırlaşmalar olmur. Dünyada qripin müalicəsi yoxdur, ona görə də özümüzdən yeni müalicə icad edib, tətbiq etməyimiz mümkün deyil”.

 

“Qrip ağırlaşmayıbsa, müalicəyə gərək yoxdur” deyən pediatrın sözlərinə görə, ağırlaşma varsa, o zaman antibiotik müalicəsinə başlana bilər.

 

Mütəxəssis, soyuq aylarda valideynlərin virusa yoluxmasın, soyuqlamasın deyə uşaqları qapalı mühitdə saxlamalarının yanlış olduğunu bildirib, qeyd edib ki, virus infeksiyalarının daha çox yayılmasının əsas səbəblərindən biri insanların daha çox qapalı mühitdə qalmaları, təmiz havada az olmalarıdır: “Uşaqlar insanların çox olduğu qapalı mühitdə daha çox viruslarla təmasda olub, onlara yoluxurlar. Düzgün geyindirmək şərti ilə uşaq soyuq havaya da çıxa, gəzə bilər”.  

     

Çox antibiotik qəbulunun fəsadları barədə danışan Ə. Quliyevin bildirib ki, bu zaman allergik reaksiyaların yaranması, mədə-bağırsaq florasının pozulması və bu kimi fəsadlar yaranır. Onun sözlərinə görə, bunlarla yanaşı, ən təhlükəli hal antibiotik çox istifadə olunan zaman antibiotikə qarşı rezistentlik yaranmasıdır. Yəni lazım olan halda antibiotik tətbiq edəndə hər hansı nəticə olmur və hətta dərmanın təsiri olmadığı üçün vəziyyət ağırlaşa, insan itirilə bilər.

 

Uşaqlarda qrip zamanı hərarətin yüksəldiyi hallarda görülən tədbirlərin effektinə gəlincə, pediatr qeyd edib ki, normal halda viruslara  qarşı cavab reaksiyası temperaturun yüksəlməsidir. Müasir tibbi yanaşmalara görə uşaqlarda 38,5 temperatura qədər müdaxilə olunmamalıdır: “Ola bilər ki, uşağa bu duruma qədər hərarəti salmaq üçün dərman verilməsin və birdən-birə temperatur yüksəlsin və qıcolma yaransın.

 

Hər kəs bilməlidir ki, qızdırmaya bağlı olan qıcolmalardan ölüm halı baş vermir. 6 ayından 6 yaşına qədər bütün uşaqlar hərarətin yüksəldiyi hallarda qıcolma keçirə bilər. Bu kimi hallarda uşağın dilini tutmaq, boğazına qaşıq salmaq cəfəngiyatdır, heç bir elmi əsası yoxdur. Sadəcə, həmin anda qusma baş verərsə, boğulma yaranmasın deyə uşağı böyrü üstdə çevirməyi məsləhət görürük. Bu zaman bədəni nəm əski ilə silmək lazımdır. Adətən bu, 4-5 dəqiqə davam edir və uşaq həmin haldan çıxır. Narahatlıq varsa, təbii ki, təcili yardıma müraciət oluna bilər.

 

Hərarət yüksələn zaman qızdırma salan iynələrdən, “smes” deyilən qarışıqlardan istifadə edilməsi qətiyyən tövsiyə olunmur. Müasir tibbi protokollarda belə bir müalicə vasitəsi yoxdur”.

 

Bu qarışıqların sonradan ciddi fəsadlara səbəb olduğunu açıqlayan Ə. Quliyev hərarət yüksələn zaman uşağı ilıq su ilə yuyundurmağı, temperatur yüksək olduğu müddətdə bu proseduru istənilən qədər təkrar etməyi tövsiyə edib: “Yuyundurub, nazik paltar geyindirib, qızdırma salan dərman vermək olar. Bəzən uşaqları qrip olanda yuyundurmurlar ki, soyuq dəyər, ya da hərarət yüksələndə isti mühitdə saxlayırlar, bunların heç bir əsası yoxdur”...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Kişilərin bəyəndiyi qadın tipləri - İncə, uzun kirpikli...

21 Avqust 2017 04:33

Hamilə ikən hamilə qaldı - FOTOLAR

21 Avqust 2017 04:03

Meyvə şirələrinin faydalı xüsusiyyətləri

21 Avqust 2017 03:33

Madridin mərkəzində müsəlmanlar terrora qarşı nümayiş keçiriblər

21 Avqust 2017 03:27

İslamda qadının DƏYƏRİ

21 Avqust 2017 03:03

"Instagram"-da vacib yenilik - Bu gündən etibarən...

21 Avqust 2017 02:33

Düyü ilə orqanizmin təmizlənməsi - Xəstəliklərdən uzaq olacaqsınız

21 Avqust 2017 02:03

Türkiyədə yük maşını aşdı - 3 ölü, 7 yaralı

21 Avqust 2017 01:59

Milli futbolçumuz Kipr çempionatında debüt etdi

21 Avqust 2017 01:14

Donald Tramp ABŞ xalqına və ordusuna müraciət ünvanlayacaq

21 Avqust 2017 01:12

Uşaqlar üçün ən faydalı

21 Avqust 2017 01:12

Mənzil almaq istəyənlər EHTİYATLI OLUN! - Sizi aldada bilərlər - VİDEO

21 Avqust 2017 01:03

Azərbaycanda zəlzələ baş verdi

21 Avqust 2017 00:40

İki uşaq anası model xanım ideal bədəni ilə göz oxşadı - FOTOLAR

21 Avqust 2017 00:33

"Qəbələ"nin qələbə qolunun müəllifi: "Milliyə dəvət etsələr, sevinəcəyəm"

21 Avqust 2017 00:22

ABŞ-da avtobus yük maşını ilə toqquşub

21 Avqust 2017 00:22

Avqustun 21-nə olan

21 Avqust 2017 00:16

Qaxda zəlzələ baş verib

21 Avqust 2017 00:12

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08

İsveçrədə turist təyyarəsi qəzaya uğrayıb, 3 nəfər ölüb

21 Avqust 2017 00:07

Ağdam sakini həmkəndlisini xəstəxanalıq etdi

20 Avqust 2017 23:54

Ermənilər Ağdamın işğal altında olan ərazilərinə

20 Avqust 2017 23:53

Bıçaqlanan Gəncə sakini xəstəxanaya gedərkən qəzaya düşdü

20 Avqust 2017 23:44

Roman Qriqorçuk: "Hazırki nəticə məni sevindirir"

20 Avqust 2017 23:42

Müsəlmanlar Madriddə terrorizmə qarşı ETİRAZ AKSİYASI keçirdi

20 Avqust 2017 23:38

Bakıda 1 nəfər liftdə qaldı

20 Avqust 2017 23:36

Ermənilər Ağdamın işğal olunmuş ərazilərini yandırır

20 Avqust 2017 23:34

"Sumqayıt"ın baş məşqçisi: "Keçən illə müqayisədə özümüzə daha çox inanırdıq"

20 Avqust 2017 23:32

Ağdamda “VAZ” piyadanı vurdu

20 Avqust 2017 23:29

115 terrorçu öldürüldü

20 Avqust 2017 23:24

Ərə getdi - açıq-saçıq geyimlərə "Yox" dedi

20 Avqust 2017 23:18

Paxlanı möcüzəvi bitkiyə çevirən faydaları

20 Avqust 2017 23:18

“Hakimlikdən razı deyiləm” - Roman Qriqorçuk

20 Avqust 2017 23:17

Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub

20 Avqust 2017 23:07

53 yaşlı kişini maşın vurdu

20 Avqust 2017 23:04

Ağstafada polis əməkdaşı bıçaqlandı

20 Avqust 2017 22:59

Gəncədə bıçaqlanan sürücü idarə etdiyi avtomobillə qəzaya düşüb

20 Avqust 2017 22:57

Ağstafada polis əməkdaşı bıçaqlandı

20 Avqust 2017 22:49

"Qəbələ"dən ikinci qələbə - VİDEO

20 Avqust 2017 22:47

Kişilərin bəyəndiyi qadın tipləri

20 Avqust 2017 22:47

Ağstafada 5 fərdi yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

20 Avqust 2017 22:43

Türkiyədə mikroavtobus dərəyə aşıb

20 Avqust 2017 22:38

"Kəpəz"i darmadağın etdilər - VİDEO

20 Avqust 2017 22:37

Şadlıq sarayının dayanacaq nəzrətçisini yük maşını vurub

20 Avqust 2017 22:27

Ağstafada 5 ev yanır

20 Avqust 2017 22:19

54 ilin avtomobili hələ də işlək vəziyyətdədir - VİDEO

20 Avqust 2017 22:18

Ağstafada 5 fərdi ev yanır

20 Avqust 2017 22:09

Parisdə terrorun qarşısı alındı

20 Avqust 2017 21:56

Ağstafada 3 ev yanıb, yanğınsöndürən xəsarət alıb

20 Avqust 2017 21:52

Apteklər eyni dərmanı niyə müxtəlif qiymətə satır? - araşdırma - VİDEO

20 Avqust 2017 21:48