Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
20:57 20 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Misir prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan prezidenti İlham Əliyevə 18 oktyabr - Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Zati-alinizi Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edib, bildirmək istərdim ki, dost ölkələrimiz və xalqlarımız arasında möhkəm əlaqələr və hərtərəfli qarşılıqlı əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək.

Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost xalqınıza bu əlamətdar gün münasibətilə rifah və tərəqqi arzu edirəm".

XXX

Sinqapur prezidenti Toni Tan Kenq Yamdan:

"Zati-aliləri, Azərbaycan Respublikasının əlamətdar Müstəqillik Günü münasibətilə Sinqapur xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və Azərbaycan Respublikasının xalqına xoşbəxtlik və rifah arzulayır, böyük məmnunluqla ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm".

XXX

Omanın Sultanı Qabus bin Səiddən:

"Hörmətli cənab Prezident, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi çatdırırıq.

Bu xoş fürsətdən istifadə edərək, Sizə xoşbəxtlik və möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu edirik".

XXX

Fələstin Dövlətinin prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan:

"Hörmətli cənab Prezident, Zati-alinizi, qardaş Azərbaycan hökuməti və xalqını Müstəqillik Günü münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Bu münasibətlə Sizə, ölkənizə və qardaş Azərbaycan xalqına tərəqqi, xoşbəxtlik və rifah arzulayır, xalqlarımızı və ölkələrimizi birləşdirən möhkəm qardaşlıq əlaqələrinə dərin ehtiramımızı ifadə edir, bu əlaqələrin inkişaf etdirilməsi və ölkələrimiz üçün xeyirli olan müştərək məqsədlərimizə xidmət naminə aramızdakı qardaşlıq, əməkdaşlıq yollarının davam etdirilməsindən sonsuz məmnunluq duyuruq. Sizin xalqımızın hüquqlarına və müstəqil Fələstin Dövlətinin yaradılmasına göstərdiyiniz qardaşlıq dəstəyinizə görə minnətdarlığımızı bildiririk.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyət arzulayıram. Xahiş edirəm ən səmimi təbriklərimi qəbul edin".

XXX

Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanovdan:

"Möhtərəm İlham Heydər oğlu. Azərbaycan Respublikasının müstəqilliyinin elan edilməsinin 25 illiyi münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Bu illər ərzində Azərbaycan ölkənin modernləşməsində, sosial-iqtisadi inkişafda sanballı uğurlar qazanıb. Cəmiyyətdə sabitlik və həmrəylik, fəal xarici siyasət kursu respublikanın beynəlxalq nüfuzunun möhkəmlənməsinin etibarlı əsasına çevrilib.

Sizin bütün həyatınız və əzmkar fəaliyyətiniz göstərir ki, Siz müasir çiçəklənən Azərbaycanın əsasını qoymuş böyük atanızın işinin layiqli davamçısısınız.

Rusiya ilə Azərbaycanı möhkəm dostluq və qarşılıqlı yardım ənənələri bağlayır. Bu ənənələr xalqlarımız tərəfindən həmişə qayğı ilə qorunub saxlanılıb və nəsildən-nəslə ötürülüb. Əsasən mehriban qonşuluq, etimad və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində təşəkkül tapmış bu sıx münasibətlər bundan sonra da hərtərəfli şəkildə möhkəmlənəcək.

Qardaş Azərbaycan xalqına səmimi qəlbdən yeni-yeni nailiyyətlər, xoşbəxtlik, sülh və firavanlıq arzu edirəm".

XXX

Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manseldən:

"Hörmətli cənab İlham Əliyev, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına öz adımdan və Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvləri adından səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Qısa müddət ərzində Sizin ölkənizin siyasi, iqtisadi və sosial sahələrdə qazandığı uğurları, habelə Fransa ilə Azərbaycan arasında yaranmış hərtərəfli münasibətlərin yüksək inkişaf səviyyəsini müşahidə etməkdən qürur hissi keçirirəm.

Hörmətli Prezident cənab İlham Əliyev, bu xoş fürsətdən istifadə edərək, Azərbaycan xalqına mənim və Azərbaycanın bütün dostları adından sülh, tərəqqi və firavanlıq arzularımı çatdırmağınızı xahiş edirəm".

XXX

İsveçrə Federal Parlamentində İsveçrə-Azərbaycan Dostluq Qrupunun sədri Filippo Lombardidən:

"Hörmətli cənab Prezident, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Sizi İsveçrə Federal Parlamentində İsveçrə-Azərbaycan Dostluq Qrupunun adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Dostluq qrupunun sədri kimi mənim ölkənizi daha yaxından tanımaq şansım olub. Azərbaycanın çox qısa zaman ərzində qazandığı bütün iqtisadi nailiyyətlər məndə dərin təəssüratlar yaradıb.

Azərbaycanın zəngin tarixi və multikultural mühiti sosial inkişafın ahəngdarlığı üçün mükəmməl şərait yaradıb.

Dostluq qrupu olaraq, Azərbaycan Milli Məclisindəki həmkarlarımızla çox faydalı parlamentlərarası dialoqumuz var. Ümid edirik ki, bizim qarşılıqlı fəaliyyətimiz ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.

2013-cü ildə İsveçrə Senatının prezidenti kimi Bakıya səfərim zamanı keçirdiyimiz dostluq görüşünü xatırlayaraq, Zati-alinizə ən xoş arzularımı çatdırır, bütün Azərbaycan xalqına sülh, sağlamlıq və xoşbəxtlik diləyirəm".

XXX

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Pyotr Qlıboçkodan:

"Möhtərəm İlham Heydər oğlu. Əlamətdar bayram - Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Müstəqil Azərbaycan Respublikası 25 ildir seçdiyi dövlətçiliyin inkişafı və möhkəmlənməsi, vətəndaşların sosial rifahının yaxşılaşması, elmin, təhsilin, səhiyyənin inkişafı, humanitar əlaqələrin möhkəmlənməsi yolu ilə müvəffəqiyyətlə addımlayır.

Respublikanın Müstəqillik Günü birliyin, sülhün və sabitliyin rəmzi, Azərbaycan xalqının öz ənənələrinə, ölkənin çiçəklənməsinə və rifahına yönələn xoş mərama sadiq olmasının təsdiqidir. Sizə və Azərbaycan Respublikasının xalqına xoşbəxtlik, cansağlığı və firavanlıq arzu edirəm".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Merkel Ərdoğan və Trampı təqlid etdi

27 İyul 2017 02:48

Fəal "Facebook" istifadəçilərinin sayı cari ilin II rübündə 2 milyardı ötüb

27 İyul 2017 02:37

Lənkəranda toyda dava düşdü - yaralananlar var

27 İyul 2017 02:34

Züheyr Muraddan yeni kolleksiya - FOTO

27 İyul 2017 02:32

“Stress çarxı”nın rəqibi peyda oldu

27 İyul 2017 02:20

"Neftçi" "Şalke"yə belə məğlub oldu - VİDEO

27 İyul 2017 02:03

Tablolardan paltarlar - FOTO

27 İyul 2017 01:32

Barmağı telefona çevirən “ağıllı” üzük

27 İyul 2017 01:30

Gürcüstan telekanalında yanğın oldu

27 İyul 2017 01:29

"Neftçi" Almaniyanın "Şalke" klubuna məğlub olub

27 İyul 2017 01:22

Çempionlar Liqasında gecənin NƏTİCƏLƏRİ

27 İyul 2017 01:14

Çempionlar Liqasında III təsnifat mərhələsinin daha 9 oyunu keçirilib

27 İyul 2017 01:02

Goranboyda maşın aşdı - Yaralananlar var - FOTO

27 İyul 2017 00:48

Hacıqabulda 4 otaqlı ev yandı

27 İyul 2017 00:34

ABŞ-da təyyarə avtomobil yoluna düşüb, ölənlər var

27 İyul 2017 00:32

Putin Ermənistanla birgə hərbi birləşmələr haqqında sazişi ratifikasiyası edib

27 İyul 2017 00:30

Tillerson istefa xəbərlərini təkzib etdi

27 İyul 2017 00:29

Astroloji proqnoz - 27 iyul

27 İyul 2017 00:13

17 yaşlı oğlan özünü asdı - Şəkidə

27 İyul 2017 00:09

"Leipzig" Keytanı satmaq barədə düşünə bilər

27 İyul 2017 00:05

Günün qoroskopu: diqqəti əldən verməyin

27 İyul 2017 00:05

Fatih Terim 3,5 milyon avro təzminat alacaq

27 İyul 2017 00:04

Tramp maaşından imtina etdi

27 İyul 2017 00:03

Kaxaber Sxadadzenin yerinə ispan mütəxəssis

26 İyul 2017 23:57

Bellanı bir də belə görün - FOTO

26 İyul 2017 23:57

Bürclər – 27 İYUL

26 İyul 2017 23:55

Mustafa Ceceli və yeni həyat yoldaşı bal ayından qayıtdı - FOTO

26 İyul 2017 23:52

ABŞ-da ev balığını öldürən şəxs 4 ay müddətinə həbs olunub

26 İyul 2017 23:47

"Bavariya" "Real" qədər böyük klubdur"

26 İyul 2017 23:47

Çəkilmədiyi film üçün Şarliz Terona kömək etdi

26 İyul 2017 23:42

Bakıda atasını itirən qızdan DƏHŞƏTLİ ƏMƏL

26 İyul 2017 23:37

"Sanki xalq düşməniyəm"

26 İyul 2017 23:37

Elmdə müdhiş sıçrayış

26 İyul 2017 23:37

Tramp maaşını ABŞ Təhsil nazirliyinin hesabına köçürüb

26 İyul 2017 23:32

Azərbaycan neftinin SON QİYMƏTİ

26 İyul 2017 23:27

Tramp maaşını təhsil nazirliyinə verdi

26 İyul 2017 23:24

Körpələrə verilən köməkçi qidanın həcmi nə qədər olmalıdır?

26 İyul 2017 23:22

Natavanın toydan sonra qayınatasıgildə ilk fotosu

26 İyul 2017 23:22

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini olduğu kimi saxlayıb

26 İyul 2017 23:20

Sığorta şirkəti öhdəliyini yerinə yetirmir: Vətəndaş sığorta pulunu ala bilmir - VİDEO

26 İyul 2017 23:17

Putin Ermənistanla birgə hərbi birləşmələr haqqında sazişi ratifikasiya edib

26 İyul 2017 23:05

Salyan sakini avtomobili aşırdı - FOTOLAR

26 İyul 2017 23:03

Həbib Əlizadədən növbəti kreativ addım - VİDEO

26 İyul 2017 22:57

Dərinin yanmadan qorunması üsulları

26 İyul 2017 22:57

Daşkəsəndə qayın yeznəni döydü

26 İyul 2017 22:49

Bacısı ilə boşandığı üçün aralarında mübahisə düşdü - yeznəsi tərəfindən döyüldü

26 İyul 2017 22:47

Xəzərdə batan iki nəfər xilas edilib

26 İyul 2017 22:45

Cinsi zəifliyi aradan qaldıran cövhər

26 İyul 2017 22:42

Bakıda qardaş bacısına qısqanclıq zəminində 13 bıçaq zərbəsi vurub

26 İyul 2017 22:42

Yayda bu qidalara üstünlük verilməlidir

26 İyul 2017 22:37