Kərbəla səhabələrinin iradəvi seçimi

Kərbəla səhabələrinin iradəvi seçimi
21:05 20 Oktyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Kərbəla diyarında şərlə xeyir bir-birinin qarşısında qərar tutmuşdu. Bir tərəfdə haqq və həqiqətin, şərəf və kəramətin, iman və fəzilətin, doğruluq və sədaqətin, ibadət və itaətin nümayəndələri dayanmışdı. Onlar bütün varlıqları ilə təvqanın, səfanın, vəfanın mücəssiməsi idilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bir tərəfdə isə zülmün, alçaqlığın, vəfasızlığın, vicdansızlığın nümayəndələri dayanmışdı.
Kərbəla bir dərs meydanıdır ki, biz gərək ondan ibrət dərsi alaq. Nəinki xeyir əhlindən, həm də şər əhlindən. Belə ki, Loğmana sual verirlər ki, ədəbi kimdən öyrənmisən? Deyir ki, ədəbsizlərdən. Soruşurlar ki, necə? Deyir ki, onlarda gördüyüm şey şər, nadürüstlük və zəlalət idi. Bu da insanlara əziyyətdən başqa bir şey vermirdi. Çalışdım ki, o şey ki, onlarda var, həyatımda onları qəbul etməyim və həyat meydanında onlara yol verməyim.
İmam Hüseynin (ə) tərəfdaşlarının ən bariz sifəti bu idi ki, möhkəm və məğlubedilməz ruha və sabitqədəmliyə malik idilər. Hərbi qanunlar deyir ki, ordu rəhbəri gərək heç bir zaman öz söz və əməli ilə əsgərlərinin qəlbini düşməndən qorxutmasın. O zaman ki, ordu rəhbəri saylarının az olduğunu görür və məğlub olacaqlarına yəqinliyi olur, bunu gərək əsgərlərə bildirməsin. Əksinə, onları ruhlandırsın və müqavimətlərini artırsın.
Ancaq Aşura gecəsinə nəzər salsaq görərik ki, Seyyidi-şühəda (ə) bu hərbi qaydanı pozur və düşmənin çox olduğunu və tərəfdaşlarının sayının az olduğunu görüb, onlara azad olduqlarını və geri qayıtmaqlarını söyləyir. Onlar isə İmamın (ə) bu sözlərindən sonra həyəcanlanır və bir səslə deyirlər: "Biz malımızı, canımızı, uşaqlarımızı sənə fəda edərik. Sənin yanında və səninlə birlikdə düşmənlə vuruşarıq. Allah sənsiz dünyanı bizim üçün çirkin qərar versin. Sənsiz həyat bizim üçün olmayacaqdır".
Əgər bu insanlar həmin gecə düşməni məğlub etmək və insanlıq kəramətini qorumaq üçün müqavimət göstərməsəydilər, Qiyamət günü şübhəsiz ki, peşman olacaqdılar.
Onların əqidisə belə idi ki, Seyyidi-şühədadan (ə) sonra bir göz qırpımı qədər həyat onlara haramdır. Əgər İmamlarından (ə) ayrılsaydılar və qorxaq kimi geri qayıtsaydılar, haram həyata düçar olacaqdılar. Bu cür həyatda hər bir ibadət batildir və hər bir xeyir iş səmərəsizdir.
Bu həqiqəti İmamın (ə) hər bir yaxın səhabəsi çox gözəl dərk edirdi. Biz də gərək onların bu əqidəsindən ibrət götürək və vilayət nemətinin qədrini bilək. İmam Sadiq (ə) buyurur: "Əgər bəndə Allah rüknü və məqamının arasında yüz il ibadət edərsə, gündüzləri oruc tutar və gecələri ibadət edərsə, qocalığın şiddətindən qaşları gözlərinə düşərsə, boynunun sümükləri sinəsinin içinə girərsə, ancaq bizi tanımaqda cahil olarsa, bizim imaməti tanımazsa - onun üçün heç bir zaman savab olmayacaqdır".
Dünya dərin və tufanlı bir dənizə bənzəyir. Bu yolun yolçusu çox sayda təhlükə ilə rastlaşır. Gərək bu yolda Allahın təyin etdiyi rəhbərdən uzaq düşməsin və onun dedilərinə əsasən yoluna davam etsin. Əks halda bu tufanlı dənizdə qərq olması qətidir.
İmam Hüseynin (ə) tərəfdaşlarının məqamı o qədər uca idi ki, Həzrət Peyğəmbər (s) onlarla fəxr edir və onlardan xəbər verirdi. Ona görə də buyurardı: "Hüseyn (ə) hidayət çırağı və nicat gəmisidir". (Erfan)
Əgər vilayət yolunda deyiliksə, biz də Hürr kimi qəflətdən ayılaq və İmamın (ə) bayrağı altına qayıdaq, onun rəhbərliyi ilə bu tufanlı həyat dənizini müvəffəqiyyətlə başa vuraq. Əgər tövbəmiz Hürrün tövbəsi kimi xalis olarsa, Allah onu qəbul edəcəkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR