Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hədiyin sağlamlığa olan faydaları

Hədiyin sağlamlığa olan faydaları

Date: 20 October 2016 21:05

İmmuniteti qüvvətləndirib bədənin müqavimətini artırmasından, ürək və damar sağlamlığına, depressiyanın qarşısını almasından uşaqlarda böyüməyi dəstəkləməyə qədər bir çox faydası olan hədik müxtəlif növ qidalardan ibarətdir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, böyümə və inkişaf dövründə olan uşaqların yeni hüceyrələrin yaranması üçün enerjiyə və vitaminlərə ehtiyacları artır. Hədik həm yüksək enerjisi, həm də vitamin-mineral çoxluğu ilə uşaqlarda zəka inkişafı üçün lazımlı qidaları təmin edir.
Hədik daşıdığı maddələr ilə bağırsaq hərəkətlərini nizamlayaraq qəbizlikdən qorunmağı təmin edir və bağırsaq xərçənginə tutulma riskini azaldır.
Vegeteryanların ən böyük çətinliklərindən biri qidalarda kifayət qədər zülal əldə edə bilməmələridir. Hədik noxud, quru lobya kimi qidalarla tamamilə bitki mənşəli zülalları ehtiva edir. Vegeteryanların rahatlıqla zülal ehtiyaclarına dəstək olaraq istehlak edəcəyi bir qida kimi qəbul edilir.

Milli.Az


Tags:  Hədiyin sağlamlığa olan faydaları

RƏYLƏR


Top news