Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda ''Niva'' ilə belə təhlükəli manevr edir - VİDEO

Bakıda ''Niva'' ilə belə təhlükəli manevr edir - VİDEO

Date: 20 October 2016 21:22

Bakıda ''Niva'' ilə avtoxuliqanlıq edən sürücü peyda olub. Hərəkətləri ilə digər hərəkət iştirakçıları üçün təhlükə yaradan sürücü, bu azmiş kimi hələ avtomobilinə qadağan edilmiş siqnal da qoyub.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, görüntülər Bakıda avtomobillərdən birindəki kamerayla çəkilib və sosial şəbəkələrdə yayılıb. Çəkən şəxs deyir ki, həmin sürücü avtomobilə qadağan edilmiş ''Fi-fa'' siqnalı da qoyub. Videoda görünən odur ki, sürücü, hətta qarşıdakı avtomobillərə yaxınlaşarkən eyni əməli təkrarlamaqla təhlükəli vəziyyət yaradır.

Yol hərəkəti üzrə ekspertlərin sözlərinə görə, avtoxuliqanlıq hərəkətlərinə görə sürücü 500-700 manat cərimə və ya 1 illik sürücülük hüququndan məhrum olmaqla yanaşı, bir ayda inzibati həbs edilə bilər.

O ki qaldı qadağan edilmiş siqanala, buna görə sürücünü 500-800 manat məbləğində cərimə və siqnalın müsadirəsi gözləyir.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki,  həmin görüntülər əsasında idarədə araşdırma aparılır. Artıq həmin avtomobilin dövlət nömrə nişanı və sürücünün kimliyi bilinir. Avtomobilin saxlanılaraq cərimə meydançasına qoyulması istiqamətində yol polisi araşdırma aparır.

Milli.Az


Tags:  Bakıda Niva belə təhlükəli manevr edir VİDEO

RƏYLƏR


Top news