Küveytdə Azərbaycanın Müstəqillik Günü qeyd edilib - FOTO

Küveytdə Azərbaycanın Müstəqillik Günü qeyd edilib - FOTO
21:32 20 Oktyabr 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən silsilə tədbirlər həyata keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə,19 oktyabrda səfirliyin ikinci katibi Mirdavud Sultanov Küveyt Dövlət Universitetinin Sosial elmlər fakültəsində "Azərbaycanın müstəqilliyinin 25-ci ildönümü - uğurlu təcrübənin oxunuşu" mövzusunda mühazirə oxuyub, tədbir çərçivəsində kitab sərgisi təşkil olunub.

Küveyt Dövlət Universitetinin Sosial elmlər fakültəsinin dekanı professor Hamoud F.Əl-Qaşan tədbiri açıq elan edərək, 29-30 sentyabr 2016-cı il tarixlərində ölkəmizdə keçirilən V Bakı Beynılxalq Humanitar Forumunda iştirak etdiyini və Azərbaycana səfərinin xoş təəssüratların yaddaşından silinməyəcəyini bildirib. Dekan Səfirlik və Sosial elmlər fakültəsi arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətindən söhbət açaraq, bu kimi tədbirlərin tez-tez təşkil olunmasının zəruriliyini vurğulayıb. H.Əl-Qaşan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkədə bütün sahələr üzrə uğurlar əldə edildiyini bildirib və Prezident İlham Əliyevin Azərbaycan xalqının istək və arzularının həyata keçirilməsi və Azərbaycanın dünya ölkələri arasında öz layiqli yerini tutması üçün bütün səylərini səfərbər etdiyini vurğulayıb. Professor ölkəmizin turizm potensialından söhbət açaraq, Azərbaycan xalqının qonaqpərvər, mehriban və gülərüz bir xalq olduğunu diqqətə çəkərək, bu xususiyyətlərin ölkəmizdə turizmin bütün növlərinin inkişafına müsbət təsir edəcəyini vurğulayıb. Dekan eyni zamanda tədris ilini müvəffəqiyyətlə başa vuran tələbələrin fakültənin hesabına Azərbaycana göndərəcəyinə söz verib.

M.Sultanov çıxışında 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyi, Müsəlman Şərqinin ilk demokratik Respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi haqda məlumat verərək, Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna şərait yaradan problemlərin müstəqil Azərbaycan Respublikasının da qarşısına çıxdığı vurğulayıb, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizinin işğal etməsini iştirakçıların diqqətinə çatdırıb.

Müstəqilliyin bərpasının ilk illərində yaranmış belə bir çətin zamanda Azərbaycan xalqının israrı ilə ölkə rəhbərliyinə qayıtmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikliyi və bacarığı sayəsində Azərbaycanın qısa müddət ərzində problemləri arxada qoyaraq davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. Ümummilli Liderin uzaqgörən siyasəti və əvəzsiz xidmətlərinin nəticəsi olaraq mərkəzi hakimiyyətin gücləndiyi, Azərbaycanda iqtisadi islahatlara start verildiyi, xarici siyasət prioritetlərinin müəyyən edildiyi, Azərbaycanın müasir dünyəvi dövlət kimi öz inkişafına başladığı, məhz o illərdə ölkəmizin gələcəyi ilə bağlı strateji addımların atıldığı, beynəlxalq əlaqələrin genişləndiyi, Ermənistanla atəşkəs sazişinin imzalanmasına nail olunduğu, ölkədə demokratikləşmə prosesinin başlandığı, "Əsrin müqaviləsi"nin imzalandığı, Azərbaycanın yeni neft strategiyasının əsasının qoyulduğunu vurğulayıb.

Bununla yanaşı, M.Sulatanov mühazirədə Ümummilli lider Heydər Əliyevin siyasi irsinə sadiq qalan Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycanın ən sürətlə inkişaf edən ölkələrdən biri olduğunu qeyd edib, gənclər siyasəti, elm, təhsil və "qara qızıl"ın insan kapitalına çevrilməsi istiqamətində hökumətin həyata keçirdiyi ardıcıl tədbirlər və s. bir çox məsələlər barədə iştirakçılara müfəssəl məlumatlar verib.

Sentyabrda Azərbaycanda keçirilmiş ümumxalq səsverməsindən sonra Konstitusiyaya edilən əlavə və dəyişikliklərin xüsusilə gənclərin siyasətdə iştirakını genişləndirmək məqsədi daşıdığını, gənclərin cəmiyyətdəki rolunun artırılması və onların siyasi həyatda fəal iştirakının təmini üçün şərait yaratdığını vurğulayıb.

Həmçinin, ölkəmizin son illərdə beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etdiyini nəzərə çatdıraraq, artıq 2012-ci ildə Avroviziya Mahnı Müsabiqəsinin, 2015-ci ildə I Avropa Oyunlarının, 2016-cı ildə ilk dəfə Azərbaycanda Formula-1 üzrə Avropa Qran-pri yarışlarının uğurla keçirildiyini və növbəti ildə "Bakı 2017" İslam Həmrəyliyi Oyunları keçiriləcəyi barədə geniş məlumat verib.

Daha sonra tədbir mühazirə ətrafında çoxsaylı suallarla davam etdirilib.

Bu gün səfirlikdə Küveytdə yaşayan, işləyən və təhsil alan Azərbaycan vətəndaşları, həmçinin Küveyt Universitetində təhsil alan türkdilli ölkələrin tələbələrinin, türk icmasının, habelə yerli KİV nümayəndələrinin iştirakı ilə təntənəli bayram tədbiri keçirilib.

Tədbirdə Səfir Elxan Qəhrəman çıxış edərək, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə iştirakçıları təbrik edib və iyirmi beş il bundan əvvəl - 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdiyini, Azərbaycanın XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşduğunu və 1918-ci ildə müsəlman aləmində ilk demokratik respublikanın Azərbaycanda qurulduğunu qeyd edib. Eyni zamanda, səfir 1990-cı ildə ulu öndər Heydər Əliyev müstəqillik yolunda çox önəmli və ciddi addımlar atdığını, 20 Yanvar faciəsindən sonra Ulu öndərin sovet rəhbərliyini pisləmiş birinci şəxs olduğunu, Qanlı Yanvar faciəsini törədənlərə qarşı öz iradlarını irəli sürdüyünü bildirərək, sovet hökumətini, onun rəhbərinin fəaliyyətini pislədiyini vurğulayıb. Bundan sonra, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək, "Sovet Sosialist" sözlərini oradan çıxardığını, Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvanın dövlət bayrağı kimi elan etdiyini diqqətə çatdırıb.

Milli.Az





RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Prezidentə sui-qəsd edən Çingiz həbsxana yolunda

30 Aprel 2017 13:09

Belə çadırlar hələ görülməyib - FOTOLAR

30 Aprel 2017 13:08

Professor Nərgiz Paşayevaya “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” təqdim edilib

30 Aprel 2017 13:08

Sabah hava necə olacaq?

30 Aprel 2017 12:58

Pakistanda mikroavtobusun dərəyə aşıb, 11 nəfər ölüb

30 Aprel 2017 12:57

Bərdədə qəza: ölən var - Sürücü qaçdı

30 Aprel 2017 12:57

Rusiyalı gimnast Bakıda Dünya Kubokunda qızıl medal qazanıb

30 Aprel 2017 12:55

Sabahdan Bakıda yeni qadağa qüvvəyə minir

30 Aprel 2017 12:53

Mosulda terakt: 14 polis öldürüldü

30 Aprel 2017 12:52

Dünyanın ən güclü orduları - Azərbaycan neçəncidir?

30 Aprel 2017 12:47

Kolumbiyada binanın çökməsi nəticəsində 20 nəfər ölüb

30 Aprel 2017 12:47

Aprel döyüşlərində heç vaxt yayımlanmayan görüntü ortaya çıxdı

30 Aprel 2017 12:43

"Bakı Marafonu"nun bürünc mükafatçısı: Bu, ən yaxşı marafondur

30 Aprel 2017 12:36

"Facebook"-un gəlirləri durmadan artır

30 Aprel 2017 12:34

Ermənistan Azərbaycana raket atdı, öz PUA-sını vurdu

30 Aprel 2017 12:33

Gürcüstanlı marafon iştirakçısı: Bakıda festival əhval-ruhiyyəsi var

30 Aprel 2017 12:29

Azərbaycanda 2 nəfər maşının altında qalıb öldü

30 Aprel 2017 12:29

İsgəndərin dövrünə aid sərdabə tapıldı: İçində tanınmış insan gizlədilib

30 Aprel 2017 12:28

Piyada zolağı ilə bağlı MÜHÜM DƏYİŞİKLİK

30 Aprel 2017 12:27

Dünyanı dəhşətə salan 10 manyak

30 Aprel 2017 12:24

"Heç vaxt salona getməmişəm..." - Ruhəngiz

30 Aprel 2017 12:22

İkinci Dünya Müharibəsini əks etdirən - NADİR FOTOLAR

30 Aprel 2017 12:13

28 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq

30 Aprel 2017 12:09

Azərbaycan dünyanın ən güclü ordularının reytinqində

30 Aprel 2017 12:09

Pakistanda avtobus dərəyə düşüb: 11 ölü

30 Aprel 2017 12:08

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb

30 Aprel 2017 12:07

"Pul qazanmaq üçün fəhləlik də edərəm" - Müğənnilərin əsl peşəsi

30 Aprel 2017 12:05

Buraya səfər etməyə qorxurlar, siz də getməyin

30 Aprel 2017 12:04

Saturnun atmosferindən yeni FOTOLAR

30 Aprel 2017 12:03

“Bakı Marafonu-2017”nin qalibləri məlum olub

30 Aprel 2017 12:02

Bakı-2017 həyəcanı öncəsi Xəzərdən başlaynan səyahət Qusara yetişdi

30 Aprel 2017 12:01

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda final yarışlarına start verilib

30 Aprel 2017 12:01

Karlo Ançelottinin rekordu

30 Aprel 2017 11:59

Marafonun qalibi: Bakı Marafonu-2017 mükəmməl bir yarış oldu

30 Aprel 2017 11:55

Ruhəngiz Musəvi ilk dəfə imicini dəyişdi

30 Aprel 2017 11:54

Yollar bağlandı, işçilər tətil elan etdi

30 Aprel 2017 11:54

Sabahın HAVAsı

30 Aprel 2017 11:52

Gələn həftənin ilk iş gününün proqnozu

30 Aprel 2017 11:50

İkinci yerin sahibi: Bakı Marafonu-2017 çox gözəl təşkil olunub

30 Aprel 2017 11:43

Bəzən ən yaxın dostlarımız onlar olur - SEVİMLİ FOTOLAR

30 Aprel 2017 11:38

"Ərə getməyəcəm, övladım olmur"

30 Aprel 2017 11:37

Sudanda qarşıdurma zamanı 12 nəfər ölüb, 17-si yaralanıb

30 Aprel 2017 11:32

Türkiyə vətəndaşı Bakı Marafonunun qalibi oldu

30 Aprel 2017 11:29

Bu gənc oğlan "Facebook"-dan 100 milyon dollar oğurladı - FOTO

30 Aprel 2017 11:27

3 il tualetdə yaşayan kişi həbs olundu

30 Aprel 2017 11:23

"Bakı Marafonu 2017" (FOTOREPORTAJ)

30 Aprel 2017 11:22

Şirvanda ağır yol qəzası

30 Aprel 2017 11:16

ABŞ-da güclü qasırğa: 5 ölü, 50 yaralı

30 Aprel 2017 11:09

57 yaşlı iştirakçı: Bakı Marafonu idman bayramıdır

30 Aprel 2017 11:08

Rusiya Dövlət Dumasının əməkdaşı: "Bakı Marafonu" sağlam həyat tərzini təbliğ edir

30 Aprel 2017 11:08