“Qarabağ” komandası PAOK klubu ilə qarşılaşır

“Qarabağ” komandası PAOK klubu ilə qarşılaşır
21:33 20 Oktyabr 2016
49 İdman
Ölkə mətbuatı
A- A+

Oktyabrın 20-də UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Ağdamın “Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika stadionunda Yunanıstanın PAOK klubu ilə qarşılaşır.

“Qarabağ”ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Dino Ndlovu, Muarem Muarem, Rəşad Sadıqov (k), Rahid Əmirquliyev, Riçard Almeyda, Ansi Aqolli, Bədavi Hüseynov və Dani Kintana yer alıblar.

PAOK komandasının heyətində isə Panagiotis Qlikos (k), Leo Matos, Marin Leovac, Mame Baba Tiam, Calma Kampos, Xose Angel Krespo, Qyoko Cimirot, Qarri Rodriges, Yevgen Şaxov, Fernando Varela və Xose Kanyas meydana çıxıblar.

Oyunu baş hakim Alon Yefetin rəhbərliyi ilə israilli hakimlər briqadası idarə edir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/172930.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR