Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tovuzda qəbiristanlıq avtodayanacağa çevrilib

Tovuzda qəbiristanlıq avtodayanacağa çevrilib

Date: 20 October 2016 21:37

Qənbər Novruzov təxminən bir il əvvəl anasını torpağa tapşırıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, o, tez-tez doğmasının ziyarətinə, ruhuna dua etməyə gəlir.

Hər gəlişində gördüyü mənzərə onu təəccübləndirir. Bəzən də əsəbiləşdirir: "Gətirib bura su tökürəm ziyarət edəndə. Gülləri sulayıram. Bura gəlmək üçün də gedib maşını o tərəfdə - "kruq"da saxlayıram. Borcumdur gəlmək. Amma bura dayanacaq deyil. Elədirsə yazıb vurun ki, dayanacaqdı".

Gec-tez hamımız gözümüzü əbədi yumacağıq. Amma deyəsən, əcəli

Xoşagəlməz hadisə ilə üzləşən təkcə Qənbər deyil. Məzarlığı ziyarətə gələn digər sakinlər də eyni hallarla üz-üzə qalırlar. Əzizlərinin qəbrini görməyə gələn digər ziyarətçilər, mənəvi dinclik tapmaq əvəzinə qanıqara, narahat vəziyyətdə məkanı tərk edirlər: "Dağıstandan qonaq gəlmişəm ki, ata-anamın məzarını ziyarət edim. Gəlmişəm, zir-zibil dolu... Qəbiristanda taksilər dayanıb. İt yatır. Millət öz ölüsünə hörmət qoymur. Elə deyiblər "bir yerə tullayaq qurtardı getdi"".

Televiziya əməkdaşları şəhər bələdiyyəsinin rəsmisi Firdovsi Fəttahovla elə məzarlıqda görüşüblər. O, məkana darvazanın qoyulduğunu, dələduzların isə qıfılı qırdığını bildirib. Çarə dirəklərə zəncir bağlatdırmaqda görülsə də, faydası olmayıb.

Milli.Az


Tags:  Tovuzda qəbiristanlıq avtodayanacağa çevrilib

RƏYLƏR


Top news