Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı aktrisa: “Namus dərsini öz evində keç” - FOTO

Azərbaycanlı aktrisa: “Namus dərsini öz evində keç” - FOTO

Date: 20 October 2016 21:42

Sosial mediada paylaşdığı fotolara görə tənqid edilən aktrisa Pərvin Abıyeva açıqlama yayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 26 yaşlı aktrisa onu tənqid edənlərin ağzına və əlinə sahib olmasını istəyib.

P.Abıyeva bildirib ki, son bir gün ərzində ən az 200 insanı blok edib:

"Mən necə geyinirəm, nə edirəm, heç kimə dəxli yoxdur. Hamı dindar, hamı namuslu çıxıb. Bəs onda bu dinsiz, imansız, namussuzlar kimdir? İnsanın ürəyini bulandırmayın".

Aktrisa deyib ki, xoşu gəlməyən onun səhifəsinə girməyə məcbur deyil:

"Bu sözü birinci və axırıncı dəfə deyirəm, nə edirəmsə, yaxşı edirəm. Heç kim mənim başımın ağası deyil. Hər kəs namus dərsini öz evində, evindəkilərə keçsə, yaxşı olar. Mənim 26 yaşım var, 12 yox..."

Milli.Az



Tags:  Azərbaycanlı aktrisa Namus dərsini öz evində keç FOTO

RƏYLƏR


Top news