Həkimdən qriplə bağlı inanılmaz açıqlama

Həkimdən qriplə bağlı inanılmaz açıqlama
21:52 20 Oktyabr 2016
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Uşaqlarda temperatur 38 dərəcədən çox deyilsə müdaxiləyə gərək yoxdur. Virus infeksiyalarının əksəriyyəti, xüsusilə qrip soyuq havada daha çox yayılır. Mövsüm dəyişikliyi, havaların soyuması ilə əlaqədar olaraq uşaqlarda bu problemlərlə daha çox rastlaşırıq. Amma bizim əhalinin "soyuqdəymə" dediyi vəziyyətlə qrip eyni hal deyil. Qrip zamanı bir sıra əlamətin birdən özünü göstərməsi mümkündür. Halsızlıq, güclü baş ağrısı duyula, yüksək hərarət ola bilər. Bu əlamətlər olanda diqqətli olmaq lazımdır.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu pediatr, tibb üzrə fəlsəfə doktoru Əli Quliyev deyib.
 
Bu gün üçün qripin özəl müalicəsinin olmadığını deyən mütəxəssis bildirib ki, bununla bağlı xüsusi müalicələrin, eləcə də antibiotik qəbulunun heç bir əhəmiyyəti yoxdur: "Qrip virus infeksiyasıdır, adətən özü gələr və özü də gedər, qripin təxminən 5-7 gün ömrü var. Bu zaman əsas olan bol maye qəbuldur və əgər yüksək hərarət varsa, hərarət salan dərmanların içilməsi tövsiyə olunur. Digər dərmanların qəbulunun mənası yoxdur. Yalnız qrip ağırlaşacağı halda xəstəyə dəstək müalicəsi təyin olunur".
 
Qrip zamanı burun damcısı kimi istifadə olunan dəniz sularının əhəmiyyəti barədə səslənən fikirlərə münasibət bildirən Ə.Quliyev, "Bəzən ailələr deyir ki, buruna okean, dəniz suyu töksək də, uşaq sağalmadı. Nəzərə almaq lazımdır ki, bu damcılar ağırlaşmaların qarşısını almaq, nəfəs almanı asanlaşdırmaq üçün tətbiq olunur, müalicə baxımından edilmir", - deyib.
 
H1N1 ("donuz qripi") virusuna qarşı peyvəndlər barədə danışan həkim qeyd edib ki, əvvəllər bu qripə qarşı peyvənd yarananda tək peyvənd şəklində olub və hamıya vurulması tövsiyə edilib. Amma indiki qrip peyvəndlərinin içində H1N1 virusuna qarşı peyvəndi də var. Yəni "donuz qripi" üçün ayrı, mövsüm qripi üçün ayrı peyvənd yoxdur. Onların ikisi də eyni iynə şəklində vurula bilər.
 
Mütəxəssis deyib ki, oktyabrın əvvəlindən başlayaraq, istəyən valideynlər 6 ayından etibarən uşaqlara qrip peyvəndləri vurdura bilir.
 
Qrip peyvəndinin qoruyuculuğu barədə suala cavabında Ə.Quliyev bildirib ki, bu gün vurulan peyvəndin yaratdığı qoruyuculuq 1-2 il sonra itə bilər: "Qrip virusları çox tez-tez dəyişdiyi üçün peyvəndlərin də dəyişməsi zərurəti yaranır. Normal halda isə qrip peyvəndinin hər il yenilənməsi tövsiyə olunur. Uşaqlarda səkkiz yaşına qədər ilk dəfə yarım, bir ay sonra da yarım doza vurulur, ondan sonrakı illərdə isə ildə bir doza vurulması kifayətdir. Qrip peyvəndi tam qorumasa belə, peyvənd vurulanda uşaqlar qripi daha yüngül keçirirlər".
 
"Bütün uşaqlara qrip peyvəndi vurulmalıdırmı" sualına cavab olaraq Ə.Quliyev deyib ki, Amerika Pediatriya Akademiyası 6 ayından sonra bütün uşaqlara qrip peyvəndi vurulmasını tövsiyə edir: "Əgər ailə tərəddüd edirsə, o zaman xroniki xəstəliklərdən - ürək, ağciyər, böyrək və sairə xəstəliklərindən əziyyət çəkən, yəni qripi daha da ağır keçirən azyaşlılara ilk növbədə peyvənd vurulması tövsiyə olunur".
 
Eyni zamanda, həkim uşaq kollektivlərində çalışan şəxslərə də qrip peyvəndi vurulmasını tövsiyə edib.
 
Qripdən qorunmaq barədə mövcud təsəvvürlər barədə danışan mütəxəssis bunları deyib: "İmmun sisteminin gücləndirən dərmanlar yoxdur ki, biz tövsiyə edək, insanlar xəstələnməsin, qrip olmasın, viruslara yoluxmasın. Evdə bir nəfər qripdirsə, digərlərinin də qrip olma ehtimalı 90 faizdir. Maska taxmaq olar, amma onun da qoruyuculuğu tam deyil. Eyni zamanda, buruna okean, dəniz suları tökmək olar. Amma uşaqları qripdən qorumaq üçün buruna hansısa krem çəkilməsi, şamlar qoyulması, guya immuniteti gücləndirəcək siropların verilməsi ilə qripdən qorunmaq mümkün deyil.
 
Sadəcə, qripi olan uşaq çoxlu maye içməli, evdə istirahət etməli, düzgün qidalanmalıdır. Qrip zamanı hər hansı ağırlaşmalar yaranarsa, o zaman antibiotik müalicəsinə başlamaq olar. Belə ağırlaşmalarla onsuz da çox az rastlaşırıq. 100 uşaqdan 80-ni qripi normal keçirir, hər hansı ağırlaşmalar olmur. Dünyada qripin müalicəsi yoxdur, ona görə də özümüzdən yeni müalicə icad edib, tətbiq etməyimiz mümkün deyil. Qrip ağırlaşmayıbsa, müalicəyə gərək yoxdur, ağırlaşma varsa, o zaman antibiotik müalicəsinə başlana bilər".
 
Çox antibiotik qəbulunun fəsadları barədə danışan Ə. Quliyevin bildirib ki, bu zaman allergik reaksiyaların yaranması, mədə-bağırsaq florasının pozulması və bu kimi fəsadlar yaranır. Onun sözlərinə görə, bununla yanaşı, ən təhlükəli hal antibiotik çox istifadə olunan zaman antibiotikə qarşı rezistentliyin yaranmasıdır.
 
Uşaqlarda qrip zamanı hərarətin yüksəldiyi hallarda görülən tədbirlərin effektinə gəlincə, pediatr qeyd edib ki, normal halda viruslara  qarşı cavab reaksiyası temperaturun yüksəlməsidir: "Müasir tibbi yanaşmalara görə uşaqlarda 38,5 temperatura qədər müdaxilə olunmamalıdır. Ola bilər ki, uşağa bu duruma qədər hərarəti salmaq üçün dərman verilməsin və birdən-birə temperatur yüksəlsin və qıcolma yaransın.
 
Hər kəs bilməlidir ki, qızdırmaya bağlı olan qıcolmalardan ölüm halı baş vermir. 6 ayından 6 yaşına qədər bütün uşaqlar hərarətin yüksəldiyi hallarda qıcolma keçirə bilər. Bu kimi hallarda uşağın dilini tutmaq, boğazına qaşıq salmaq cəfəngiyatdır, heç bir elmi əsası yoxdur. Sadəcə, həmin anda qusma baş verərsə, boğulma yaranmasın deyə uşağı böyrü üstdə çevirməyi məsləhət görürük. Bu zaman bədəni nəm əski ilə silmək lazımdır. Adətən bu, 4-5 dəqiqə davam edir və uşaq həmin haldan çıxır. Narahatlıq varsa, təbii ki, təcili yardıma müraciət oluna bilər.
 
Hərarət yüksələn zaman qızdırma salan iynələrdən, "smes" deyilən qarışıqlardan istifadə edilməsi qətiyyən tövsiyə olunmur. Müasir tibbi protokollarda belə bir müalicə vasitəsi yoxdur".
 
Bu qarışıqların sonradan ciddi fəsadlara səbəb olduğunu açıqlayan Ə. Quliyev hərarət yüksələn zaman uşağı ilıq su ilə yuyundurmağı, temperatur yüksək olduğu müddətdə bu proseduru istənilən qədər təkrar etməyi tövsiyə edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Pentaqon rəhbəri: "İŞİD lideri Əl-Bağdadi sağdır"

22 İyul 2017 09:03

Bakıda gənc oğlan damarlarını kəsib

22 İyul 2017 08:52

Sinayda 30 yaraqlını məhv edilib

22 İyul 2017 08:52

Paytaxtda piyada keçidinə məhəl qoymayan qadını maşın vurub

22 İyul 2017 08:47

Yasamalda 91 yaşlı kişi həyat yoldaşını döyüb

22 İyul 2017 08:42

Tramp İranı xəbərdar edib

22 İyul 2017 08:42

Bakıda ana gənc qızını bıçaqlayıb

22 İyul 2017 08:37

Ali məhkəmənin sədri ilk dəfə qadın olacaq

22 İyul 2017 08:33

Tuqay meşəsində qanunsuz silah aşkarlanıb

22 İyul 2017 08:32

Salyanda minik və yük maşınlarının toqquşması nəticəsində 1 nəfər ölüb

22 İyul 2017 08:32

Polşada kütləvi etiraz aksiyaları keçirilir

22 İyul 2017 08:32

İŞİD lideri Əl-Bağdadi sağdır

22 İyul 2017 08:27

Almaniya Türkiyə ilə hərbi əməkdaşlığı adi rejimdə davam etdirir

22 İyul 2017 08:22

Çexiyanın Azərbaycanla əməkdaşlıq niyyəti yeni layihələrdə - Səfirlə MÜSAHİBƏ

22 İyul 2017 08:22

Fələstinli 2 israillini öldürüb

22 İyul 2017 08:22

Lüks otellərə çevrilən 16 həbsxana - FOTOLAR

22 İyul 2017 08:18

KXDR nüvə dövlətləri klubunun astanasındadır

22 İyul 2017 08:12

Xəzərdə zəlzələ baş verib

22 İyul 2017 08:12

Hüseyn Cavid prospekti ilə əks istiqamətdə gedən maşın qəza törədib - FOTO

22 İyul 2017 08:12

Ağ Evin yeni mətbuat katibi məlum olub

22 İyul 2017 08:05

Cəlilabadda ev əşyaları ilə birgə yandı

22 İyul 2017 07:53

Azərbaycan milli mətbuatının 142-ci ildönümü qeyd olunur

22 İyul 2017 07:37

Şəhər kənarında maraqlı malikanə - FOTO

22 İyul 2017 07:32

Bu gün I və IV qruplar üzrə qəbul imtahanı keçiriləcək

22 İyul 2017 07:32

"Brent" markalı neftin qiyməti düşdü

22 İyul 2017 07:23

Yevlaxda qarpız daşıyan yük maşını aşaraq yolu kəsib

22 İyul 2017 07:07

Ağ Evin yeni departament rəhbəri Trampdan üzr istədi

22 İyul 2017 07:04

Bakıda kişi özünü şadlıq sarayının qarşısında bıçaqlayıb

22 İyul 2017 06:52

Qətər əmiri böhranı şərh etdi - ilk dəfə

22 İyul 2017 06:39

Pentaqon rəhbəri: "İŞİD lideri Əl-Bağdadi sağdır"

22 İyul 2017 06:37

Mədəndəki metal şəhər - FOTO

22 İyul 2017 06:32

Bakıda minik avtomobili yandı

22 İyul 2017 06:28

Hüseyn Cavid prospekti ilə əks istiqamətdə gedən maşın qəza törədib

22 İyul 2017 05:57

Hər əşya lampa ola bilər - FOTO

22 İyul 2017 05:32

Polşada kütləvi etiraz aksiyası

22 İyul 2017 05:28

Los-Ancelesdə vertolyot küçədə sərt eniş edib, 4 nəfər yaralanıb

22 İyul 2017 05:02

Şəkillərdəki hisslər və emosiyalar - FOTO

22 İyul 2017 04:32

Facebooka görə ərindən boşandı

22 İyul 2017 04:14

"Brent" markalı neftin qiyməti təxminən 3% düşüb

22 İyul 2017 04:02

İordan çayının qərb sahilində insident:

22 İyul 2017 03:44

Çoxmərətəbli yaşayış evinin gözəlliyi - FOTO

22 İyul 2017 03:32

Gəncədə ana və övladını maşın vurdu

22 İyul 2017 03:19

Paytaxtda "Chery" yandı

22 İyul 2017 03:09

45 yaşlı qadının öd kisəsindən 200 daş çıxdı - FOTOLAR

22 İyul 2017 02:38

50 yaşlı kişinin üstünə qaynar su töküldü - Göygöldə

22 İyul 2017 02:34

Gənc fotoqrafın işləri - FOTO

22 İyul 2017 02:32

Məşhur müğənni dəfn edildi -

22 İyul 2017 02:29

Tramp amerikalıların "qanunsuz" saxlanılmasının nəticələri barədə İranı xəbərdar edib

22 İyul 2017 02:17

Yol polisi toy karvanlarına nəzarəti gücləndirdi -

22 İyul 2017 01:58

Bakıda 3 otaqlı ev yandı

22 İyul 2017 01:54