Xalis bəndə ol ki, hər şey sənin bəndən olsun

Xalis bəndə ol ki, hər şey sənin bəndən olsun
22:12 20 Oktyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəndəlik, yəni təslim olmaq, Allaha itaət etmək. Hədislərdə oxuyuruq: "Hər kim Allaha bəndəlik edər, hər şey ona bəndəlik edər".

Sədi bu mənanı maraqı bir hekayədə belə nəql edir: "Məna əhlindən biri bir gün pələngin üzərində əyləşmişdi və əlində bir ilan var idi. Bir nəfər onu bu halda görür və çox təəccüb edir. Çünki adətən insanlar atın və ya uzunqulağın üzərinə minirlər. Ancaq bu insan pələngin üzərinə minmişdi. Ondan soruşur: "Nə etmisən ki, bu vəhşi heyvan sənə ram olmuşdur?". Cavab verir: "Əgər Allahın hökmünə boyun əysən, haqqın mütisi olsan - hər bir şey sənə müti olar və itaət edər. Bəndəlik etsən, sultan olarsan"". (Erfan)
Milli.Az deyerler.org-a istinadən bildirir ki,  Allah Təala Quranda buyurur: "Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin, bəlkə (bununla) təqvalı olasınız". ("Bəqərə" 21).
Yəni, əgər hər şeyin sizin bəndəniz olmasını istəyirsinizsə, bir yolu vardır və o da budur ki, siz bəndə olasınız.
Həzrət Siddiqə (s.ə) buyurur: "Hər kim xalis bəndəliyini Allah dərgahına göndərər, yuxarı göndərər, yəni xalis bəndəlik edər - Allah ona xeyirli məsləhət nazil edər".
Mərhum Əllamə Təbərsi "Məcməul-bəyan"da İmam Rzadan (ə) belə bir hədis nəql edir ki, Həzrət (ə) buyurub: "O yeddi il qəhətlik dövründə ki, hər şey Yusifin (ə) ixtiyarında idi, insanların nəyi vardırsa, Yusifə (ə) satdılar. Dinar verib buğda aldılar. Evlərini verdilər, buğda aldılar. Tarlalarını verdilər, buğda aldılar. Cəvahirlərini verdilər, buğda aldılar. Qoyun və quzularıı verdilər, buğda aldılar. Sonuncu ildə artıq verməyə bir şeyləri qalmadı. Bütün Misir xalqı özlərini nökər və kəniz kimi Yusifə (ə) satırlar, buğda alırlar. Allah bütün Misir xalqını Yusifin (ə) nökəri və kənizi edir. Çünki Yusif (ə) Allaha bəndəlik etmişdi. Ona görə də əgər əziz olmaq istəyirsənsə, günah etmə".
Şeyx Həsənəli Noxudəki barəsində nəql edirlər ki, uzun saatlarla səcdədə və rükuda qalardı. İmam Rza (ə) hərəminin xadimlərindən biri nəql edir ki, bir gecə qar yağan zaman alimi rüku halında gördüm ki, belində dörd barmaq qədər qar yığılmışdı. Azana yaxın namazını bitirib özünü sirkələdi. Allah da ona kəramət bəxş etdi. O, kişmiş və xurma ilə xəstələri müalicə edə bilirdi. O zaman ki, bəndə bu qədər Allaha təslim olar, Allah istəyir ki, bəndəsi gecə və gündüz Onun üçün səcdə və rüku etsin. Bəndə deyər: "Gözüm üstə! Əgər istəyirsənsə, səhərə qədər səcdə edərəm". Allah isə buyurar: "İndi ki, sən bəndəm oldun, Mən xəstələrin şəfa kəramətini sənə verirəm. Necə də gözəl ticarətdir?"
Ümid edirik ki, biz də az da olsa, bəndəlik yolunda irəliləyənlərdən olaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR