Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ər-arvad məhkəmə zalında həbs edildi

Ər-arvad məhkəmə zalında həbs edildi

Date: 20 October 2016 22:17

Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Rəşad Hacıyev və həyat yoldaşı Qızbahar Hacıyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Milli.Az bizimyol.info-ya istinadən xəbər verir ki, prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərin dəfələrlə çağırılmasına baxmayaraq məhkəməyə gəlməməsini əsas gətirib və onlar barəsində seçilmiş "başqa yerə getməmək" qətimkan tədbirinin "həbs qətimkan" tədbiri ilə əvəz olunmasını istəyib. Hakim bildirib ki, məhkəmənin hazırlıq iclası dəfələrlə təyin olunsa da, təqsirləndirilən şəxslər prosesə gəlmədiyinə görə iclas təxirə salınıb. Məhkəmə verilən vəsatəti təmin edib və hər iki şəxs məhkəmə zalında həbs olunub.

Məhkəmə baxışı oktyabrın 27-nə təyin edilib.

Qeyd edək ki, Qusar rayon sakini olan ər-arvad Cinayət Məcəlləsinin 180 (soyğunçuluq) maddəsi ilə ittiham olunur.

Milli.Az


Tags:  Ər-arvad məhkəmə zalında həbs edildi

RƏYLƏR


Top news