Meymununun başgicəlləndirici FOTOsu

Meymununun başgicəlləndirici FOTOsu
22:18 20 Oktyabr 2016
120 Maraqlı
Ölkə mətbuatı
A- A+

Amerikalı fotoqrafın İndoneziyanın Borneo adasında çəkdiyi oranqutan meymununun fotosu ona minlərlə foto ustasının iştirak etdiyi nüfuzlu beynəlxalq müsabiqədə uğur gətirib.

Tim Leman bu başgicəlləndirici fotosuna görə “Wildlife Photographer of the Year – 2016” (“Vəhşi təbiətin ən yaxşı fotoqrafı”) beynəlxalq müsabiqəsinin qalibi olub. Üç gün cəngəllikdə qalan Tim hündürlüyü 30 metr olan ağacın başında məsafədən idarə edilən bir neçə fotoaparat quraşdırıb. Beləliklə, yetişmiş meyvələrin arxasınca ağaca dırmaşan meymunun fotosunu tropik meşənin fonunda çəkməyə nail olub.

Vəhşi təbiətin ən yaxşı fotoqrafı mükafatı hər il London Təbiətşünaslıq Muzeyi tərəfindən təqdim olunur. Bu il həmin mükafata 50 min foto ustası iddia edirdi.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/172929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR