Şeytanı ağladan əməllər

Şeytanı ağladan əməllər
22:22 20 Oktyabr 2016
172 Ölkə
Ölkə mətbuatı
A- A+

Şeytan (lən) - insanın ən qatı və ən amansız düşmənidir ki, heç bir zaman insanın xoşbəxt və səadət əhli olmasını istəmir. Bütün səyi ona görədir ki, insanı Allahdan uzaqlaşdırsın və özünə yaxınlaşdırsın. Necə ki, özü Allaha itaətsizlik edir, istəyir ki, bəndələr də onun yolunu gedib Allahı məyus etsinlər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ancaq insan tarix boyu elə əməllər yerinə yetirmişdir ki, şeytanın nalə çəkməsinə və ağlamasına səbəb olmuşdur. Bu əməllərlə tanış olaq:
1. O zaman ki, Həzrət Adəm (ə) tövbə edir və Allah da tövbəsini qəbul edir, məlun şeytan elə ürəkyandıran nalə çəkir ki, yerin və göyün mələklərinin diqqətini özünə cəlb edir. Onların hamısı onu lənətləyirlər.
2. O gün ki, Həzrət Yusif (ə) Züleyxanın əlindən qaçır, şeytan yenə nalə çəkir və səsini eşidən mələklər onu lənətləyirlər.
3. O gün ki, Peyğəmbər (s) İmam Əlini (ə) öz xəlifəsi seçir, şeytan nalə çəkir və deyir: "Bundan sonra nə edim və çarəm nədir? Övladlarını toplayır və deyir: "Bacardığınız qədər insanları şəkkə salın. İmam Əli (ə) sevgisini və məhəbbətini insanların gözündə elə ucaldın ki, onu Allah hesab etsinlər. Bu yolla cəhənnəmə gedərlər".
4. Aşura günü çox əziyyət çəkir və nahəyət arzusuna çatır ki, Ömər Sədin ordusu İmam Hüseyni (ə) qətl edir. Bu zaman şeytanlar yerin hər tərəfinə dağıldılar və şadlıq etdilər. Şeytan dedi: "Allahın xəlqini necə yolundan çıxartdım və məqsədimə çatdım". Ancaq o zaman ki, İmam Hüseynin (ə) zəvvarlarının savab və məqamından agah oldu, peşman olub həsrət naləsi çəkdi. Bütün mələklər onu lənətlədilər.
5. O zaman ki, Peyğəmbər (s) peyğəmbərliyə məbus olur, insanları nadanlıq və cəhalətdən xilas edir, İblis (lən) nalə çəkir və ağlayır.
6. O zaman ki, "Həmd" surəsi nazil olur, İblis nalə çəkir və deyir: "Bu surə Adəm övladının bağışlanmasına səbəb olacaqdır".
7. İmam Sadiq (ə) buyurur: "O zaman ki, insan Allah qarşısında səcdə edər, onu uzadar - şeytanın narahatlıqdan fəryadı ucalar və kənara çəkilib ağlayar. Deyər: "Vay olsun mənə! Bu Allah bəndəsi Ona necə itaət edir və Onun qarşısında üzü torpağa düşür, halbuki mən Onun günahını etmişəm və Adəmə (ə) səcdə etməmişəm".
8. Möminlərin bir-biri görüşməsi də şeytanın narahat edən əməllərdəndir.
9. Sədəqə vermək şeytanı o qədər narahat edər ki, özünün dediyinə görə əgər ağac kimi başını iki yerə bölsələr, ondan daha yaxşıdır. Çünki sədəqənin beş xüsusiyyəti vardır: malı artırar, xəstələrə şəfa verər, bəlanı dəf edər, sədəqə verən Sirat körpüsündən işıq sürəti ilə keçər, hesab vermədən behiştdə daxil olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481075.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR