Avropa Liqası: "Qəbələ" Fransada "Sent-Etyen"lə qarşılaşır

Avropa Liqası: "Qəbələ" Fransada "Sent-Etyen"lə qarşılaşır
23:17 20 Oktyabr 2016
123 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsində III turun oyunlarına start verilib.
"Report" xəbər verir ki, "Qarabağ" klubunun ardından Azərbaycanın turnirdə ikinci təmsilçisi olan "Qəbələ" də meydana çıxıb.
"C" qrupunda mübarizə aparan "Qəbələ"nin rəqibi Fransanın "Sent-Etyen" kollektividir. "Qırmızı-qaralar" səfər görüşündə qələbə qaznacaqları təqdirdə qrupdakı vəziyyətlərini bir qədər yaxşılaşdıraraq 3-cü pilləyə yüksələcəklər. Məğlubiyyət isə Roman Qriqorçukun rəhbərlik etdiyi komandanın qrupdan çıxmaq şanslarını xeyli azaldacaq. "Qəbələ" qrupda keçirdiyi ilk iki oyunda məğlub olub. İlk olaraq Belçikada "Anaderlext"ə 1:3 hesabı ilə uduzan komanda Bakıda Almaniya "Maynts"ı ilə görüşdən də 2:3 hesablı məğlubiyyətlə ayrılıb.
"Qarabağ" isə Bakıda Yunanıstan PAOK klubunu məğlub edərək "J" qrupunda ikinci pilləyə yüksəlib.
23:05. "Sent-Etyen" (Fransa) - "Qəbələ" (Azərbaycan)
Baş hakim: Ali Palabıyık
Yan xətt hakimləri: Cem Satman, Ekrem Kan
Əlavə köməkçi hakimlər: Alper Ulusoy, Volkan Bayarslan
Dördüncü hakim: Ceyhun Sesiguzel (hamısı Türkiyə)
Hakim inspektor: Laszlo Vaqner (Macarıstan)
UEFA nümayəndəsi: Yakob Erel (İsrail)
Sent-Etyen. Joffrua Qişar Stadionu
Qrupda vəziyyət: "Maynts" - 4. "Anderlext" - 4. "Sent-Etyen" - 2. "Qəbələ" - 0.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/avropa-liqasi-qebele-fransada-sent-etyen-le-qarsilasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR