İmam Hüseynə (ə) əzadarlıq saxlamağın fəlsəfəsi

İmam Hüseynə (ə) əzadarlıq saxlamağın fəlsəfəsi
23:22 20 Oktyabr 2016
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Seyyid-şühədaya(ə) əzadarlıq saxlamaq Allah ibadətlərindən sayılıb, fərdin və cəmiyyətin inkişaf etməsinə səbəb olar. Həzrət İmam Hüseyn (ə) və əziz səhabələri Kərbəlada insanlığın kəramət və fəzilətinin ən uca qalasına çıxdılar, Allahın yer üzərindəki xəlifəsi olduqlarını isbat etdilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, hədislərimiz İmam (ə) üçün əza məclisləri qurub ağlamağı tövsiyə edirlər ki, böyük əcr və savaba malikdir. Bəs bu əza məclislərinin fəlsəfəsi nədir? Bu suala hədislərin dilindən cavab verək.
Hədislərdə oxuyuruq ki, Həzrətin (ə) kəsilmiş başından belə bir səs gəlir: "Ey Əhli-Beyt (ə) davamçıları! O zaman ki, ləzzətli su içirsiniz, məni yada salın. Mən (Peyğəmbərin) nəvəsiyəm ki, məni günahsız öldürüblər. Ondan sonra bilərəkdən atları ilə tapdalayıblar. Ey kaş! Hamınız Aşura günü olaydınız və görərdiniz ki, necə azyaşlı övladım üçün su istədim və onlar imtina etdilər".
İmam Hüseyn (ə) buyurur: "Mən göz yaşlarının öldürülmüşüyəm. Heç bir mömin məni yada salmaz, məgər o halda ki, yaş gözlərinə gələr".
Həzrət Peyğəmbər (s) Həzrət Fatiməyə (s.ə) buyurur: "Ey Fatimə! Mənim ümmətimin qadınları Əhli-Beytimin (ə) qadınları üçün ağlayırlar. Ümmətimin kişiləri Əhli-Beytimin (ə) kişiləri üçün ağlayırlar. Övladımın əzasını hər il tayfa ardınca tayfa təzələyərlər. O zaman ki, Qiyamət günü olar, sən qadınlara şəfaət edərsən və mən kişilərə".
İmam Sadiq (ə) buyurur: "Hüseyn (ə) üçün növhə deyin, övladı ölmüş ananın növhəsini".
İmam Baqir (ə) Aşura günü Həzrəti (ə) ziyarət edə bilməyənlərə belə tövsiyə verərdi: "Əzadarlıq edin və ağlayın. Ev əhlinə əmr edin ki, onun üçün ağlasınlar. Evdə İmam Hüseynə (ə) nalə edərək və ağlayaraq əza mərasimi bərpa edin".
İmam Rza (ə) buyurur: "Ağlayanlar gərək Hüseyn (ə) kimisi üçün ağlasınlar. Çünki onun üçün ağlamaq böyük günahlarını tökər".
Həzrət Peyğəmbər (s) buyurur: "Allah Hüseyn (ə) üçün ağlayanlara rəhmət və mehribanlıq üzündən salavat göndərər".
İmam Sadiq (ə) buyurur: "O kəsin nəfsi ki, bizim məzlumiyyətimizə görə qəmgin olar - təsbihdir, bizim üçün qüssələnməsi - ibadətdir. Bizim sirrimizi gizlətməsi - Allah yolunda olan cihaddır".
İmam Hüseyn (ə) buyurur: "Hər kimin gözü bizim müsibətlərimizdə bir damcı göz yaşı tökərsə, Allah ona behiştdə yer verər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR