Deputat xəstəxanada dəliyə düşdü

Deputat xəstəxanada dəliyə düşdü
23:27 20 Oktyabr 2016
59 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın İrkutsk vilayət Dumasının deputatı Nikolay Trufanov Kaçuqa rayon xəstəxanasında olarkən çürümüş döşəmədəki dəliyə düşüb.

Milli.Az IrkutskMedia-ya istinadən bildirir ki, millət vəkili qəzalı vəziyyətdə olan xəstəxananın durumunu nəzərdən keçirmək istəyirdi.

Deputat zədə və ya xəsarət almayıb.

Kaçuqa rayon xəstəxanasının ağac binası 1926-cı ildə tikilib. Xəstəxananın baş həkimi Aleksandr Fedoseyevin dediyinə görə, bu bina təmirə yararlı deyil: "Rayonun yeni klinikaya ehtiyacı var".

İlkin hesablamalara görə, yeni klinikanın inşası üçün 500 milyon rubl gərəkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/481585.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR