Kosta-Rikada avtobusun dərəyə aşması nəticəsində ən azı 11 nəfər ölüb, 16 nəfər yaralanıb.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə yerli "Diario Extra" qəzeti yazıb.
Təqaüdçüləri daşıyan ekskursiya avtobusu Alaxuela şəhəri ərazisində yoldan çıxaraq 25 metr hündürlükdən yarğana düşüb. Sərnişinlər arasında əcnəbi vətəndaş olmayıb. Zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan dördünün vəziyyəti ağırdır.
Milli.Az