Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Hələ də hər şey bizdən asılıdı" - Vladimir İviç

"Hələ də hər şey bizdən asılıdı" - Vladimir İviç

Date: 20 October 2016 23:32

"İlk dəqiqədən istədiyimiz oyunu qura bilmədik. Matç düşündüyümüz kimi alınmadı".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri PAOK klubunun baş məşqçisi Vladimir İviç deyib.

Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində "Qarabağ"ın qonağı olan Yunanıstan təmsilçisi meydandan 0:2 hesablı məğlubiyyətlə ayrılıb. Görüşdən  sonra keçirilən mətbuat konfransında qonaqların çalışdırıcısı bunları deyib: "Açıq demək lazımdı, bu nəticəni gözləmirdik. Daha yaxşı nəticəyə ümid edirdik. İşimizə davam edəcəyik. Səhvlərimizi gördük. Onlardan nəticə çıxaracağıq".

- Komandanız gah yaxşı, gah pis oynayırdı. Bunun səbəbi nə idi?

- Bəli, elə oldu. Birinci hissədə daha yaxşı oynadıq. İki dəfə qol imkanımız da oldu. Əfsuslar olsun ki, həmin epizodları dəyərləndirə bilmədik. Məğlubiyyətə görə mən məsuliyyət daşıyıram. Bizim üçün pis gün idi. Amma yaxşı ki, hələ də hər şey bizdən asılıdı. Vəziyyəti düzəltmək üçün imkanımız var.

- Əsas oyunçulardan sayılan Bisesvar niyə start heyətində yer almamışdı?

- Son 3 görüşdə ondan qənaətbəxş oyun görməmişdim. Buna görə də, Bisesvaa ilk "11-lik"də yer vermədim. İkinci hissədə onu meydana buraxdım.

Milli.Az


Tags:  Hələ hər şey bizdən asılıdı Vladimir İviç

RƏYLƏR


Top news